ABŞ-ın Azərbaycandakı səfirliyi Qadın Sahibkarlar Akademiyası (AWE) proqramını müraciətlərə açıq elan edib.
ABŞ səfirliyinin məlumatında deyilir ki, üç aylıq proqram 2023-cü ilin sentyabr-noyabr aylarında Bakı, Gəncə və Lənkəran şəhərlərində keçiriləcək. Hər bir şəhərdə proqrama cəlb olunmuş 10 iştirakçıya 3 ay ərzində DreamBuilder onlayn platformasından istifadə edərək ekspertlər tərəfindən təlim keçiləcək.
“Layihədə iştirak üçün 18 yaşdan yuxarı, ingilis dilini orta səviyyədə bilən xanımlar müraciət edə bilərlər. Müraciətlər sentyabrın 15-dək qəbul edilir”, məlumatda qeyd edilir.
Azərbaycan Qadın Sahibkarlar Akademiyası ABŞ səfirliyi tərəfindən maliyyələşdirilən və Azərbaycan Qadınları Forumunun dəstəyi ilə həyata keçirilən yeni proqramdır.
Forum