Accessibility links

Ekspert Mərkəzi Bankın qərarının qeyri-leqal pul köçürmələrinin həcmini artıracağını bildirir


AMB (official photto)
AMB (official photto)

Azərbaycan Mərkəzi Bankı fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitləri ləğv edib.

Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

Dəyişikliklərə əsasən, fiziki şəxslər üçün köçürmə formasından (hesab açmadan və yaxud hesab vasitəsilə) asılı olmayaraq 20 000 ABŞ dolları ekvivalentinə qədər aylıq limit müəyyən edilib, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və hotel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.

Bundan əlavə bazar iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla, idxal olunan mallar üzrə köçürmələr zamanı sənədləşmə prosesi sadələşdirilib, ticarət vasitəçiliyi əməliyyatlarında isə vasitəçi tərəfindən əvvəlcədən köçürmə qaydasında satıcıya 180 günə qədər avans ödənişinin həyata keçirilməsi imkanı müəyyən edilib. Bu zaman vasitəçi müvəkkil banka ödənişi təmin edən geri götürülməyən akkreditiv və yaxud bank zəmanəti təqdim etməlidir. Həmçinin , beynəlxalq təcrübə də nəzərə alınmaqla ölkə ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslərin ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 000 ABŞ dolları ekvivalentinə qədər məbləğdə pul vəsaitini nağdlaşdırması müəyyən edilib.

Qaydalarda edilən digər dəyişikliklər “Siyasi partiyalar haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlara, habelə "Vergi Məcəlləsi"ndə edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

Qurum bəyan edib ki, məqsəd fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılmasıdır.

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Mərkəzi Bankın bu qərarı ölkə ərazisindən xaricə pul köçürmələrə daha ciddi nəzarət edilməsi üçün qəbul olunub.

“Limitlərin müəyyənləşməsi istənilən halda məhdudlaşdırıcı addımdır. İndi Mərkəzi Bankın əsas qayəsi, yəni çirkli pullarla, korrupsiya ilə mübarizədir. Buna görə də müəyyən limitlərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Yəni məntiqi izahı bundan ibarətdir”, Cəfərli deyir.

iqtisadçı ekspert Natiq Cəfərli
iqtisadçı ekspert Natiq Cəfərli

Onun sözlərinə görə, istənilən halda şəxsi istifadə üçün 20 mindən artıq aylıq hədd müəyyən edilməsi müəyyən problemlərə yol açacaq.

“Bu adi vətəndaşlara daha çox təsir edəcək. Məsələn insanlar var ki, Bakıda evini satırlar və həmin məbləğdə Türkiyədə, Gürcüstanda ev almaq istəyirlər. Onlar nə etməlidir? Cəmi 20 min köçürməlidir? Yəni bu qeyri-leqal pul köçürmələrinin həcmini artıracaq. Bu əksinə çirkli pullarla mübarizə edilirsə belə, mən düşünürəm ki, bu əks effekt də verə bilər”, o bildirib.

 Natiq Cəfərli: Limitlərin müəyyənləşməsi istənilən halda məhdudlaşdırıcı addımdır
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Cəfərli hesab edir ki, istənilən məhdudiyyətlər məntiqsizlikdir.

“Yeganə məhdudiyyət vəsaitin mənbəyi ilə bağlı ola bilər. Əgər evini, bağını satır və əlində 100 min manat pul varsa birdəfəyə onu niyə keçirə bilməsin? Niyə hər ay 20 min köçürməlidir. Bax bu porblemdir", iqtisadçı deyir.

Xatırlatma

Transparency International – Beynəlxalq Şəffaflıq təşkilatı yanvarın 31-də Korrupsiyanı Qavrama İndeksini (Corruption Perception Index-CPI) açıqlayıb.

İndeksdə 100 bal dövlət sektorunda korrupsiyanın olmadığını, 0 bal isə korrupsya səviyyəsinin çox yüksək olduğunu göstərir. Azərbaycan isə 23 balla indeksin dibində, Tacikistanla (24) Türkmənistanın (19) arasında yer alıb. Bu üç ölkə Avrasiya regionunda ən az bal yığanlardır. Türkiyə (36), Bosniya-Herseqovina (34) və Azərbaycan (23) ötən il balı rekord həddə düşən ölkələrdir.

180 ölkə içində 157-ci yerdə qərarlaşan Azərbaycan ötən il 30 balla 128-ci olub.

Corruption Perceptions İndex
Corruption Perceptions İndex

Azərbaycan rəsmilərinin bu indeksə münasibəti hələlik, məlum olmasa da, hakimiyyət ölkədə korrupsiyanın olduğunu danmır, ancaq bu mənfi tendensiya ilə sistematik mübarizə aparıldığını bildirir. Son illər bir sıra rayonların icra hakimiyyəti başçıları, dövlət qurumlarının yüksək vəzifəliləri, nazir, nazir müavinləri mənimsəmə, rüşvətxorluq ittihamları ilə həbsə atılıb, mühakimə olunub. Ancaq müşahidəçilər bu mübarizəni yetərli saymır, burada daha çox hakimiyyətdaxili çəkişmə izlərinin olduğunu iddia edirlər.

Forum

XS
SM
MD
LG