Accessibility links

İran Azərbaycanında dövlət təqaüdçüləri aksiya keçirib


Təbrizdə təqaüdçülər etiraz aksiyası keçirib
Təbrizdə təqaüdçülər etiraz aksiyası keçirib

Avqustun 8-də İranın ən azı 10 şəhərində dövlət idarələrinin təqaüdçüləri tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq etiraz aksiyaları keçiriblər.

Təbriz, Ərdəbil, Kərəc və Həmədan şəhərində də təqaüdçülər vilayət mərkəzlərinin Milli Pensiya Fondunun binası qarşısında etiraz aksiyası keçiriblər.

Sosial mediada İranda təqaüdçülərün aksiyaları ilə bağlı məlumatlar yerləşdirilib. Telegram kanallarında yayımlanan fotolar və videolara əsasən, Təbriz, Ərdəbil, Kərəc və Həmədan şəhərlərində dövlət idarələrinin təqaüdçüləri Yəzd, Şiraz, Rəşt, Sənəndəc, İlam və Kirmanşah şəhərləri ilə birlikdə qanuni tələblərinin yerinə yetirilməsini tələb edərək, şüarlar səsləndiriblər.

Aksiyalar pensiya məbləğinin bərabərləşdirilməsi qanununun tətbiqi, tibbi sığortanın yaxşılaşdırılması və inflyasiya faizinə mütənasib pensiya məbləğinin artırılmasını tələb etmək məqsədi ilə keçirilir.

İranda təqaüdçülər hər həftə davamlı şəkildə etiraz aksiyaları keçirərək, hüquqlarının yerinə yetirilməsini tələb edirlər. Ölkədə ciddi iqtisadi durum, pensiyaçılar və müəllimlərin maaşlarının inflyasiya müqabilində artırılmaması onların vəziyyətinin ağırlaşmasına gətirib çıxarıb.

İLNA xəbər agentliyi məlumat yayıb ki, Qərbi Azərbaycan vilayətinin kənd bölgələrində telekommunikasiya şirkətinin işçiləri vilayət telekommunikasiya idarəsinin qarşısına toplaşaraq maaşların müntəzəm olaraq ödənilməsini tələb ediblər.

Forum

XS
SM
MD
LG