Accessibility links

İran Azərbaycanında telekommunikasiya şirkətinin təqaüdçüləri etiraz aksiyası keçirib


Zəncan telekommunikasiya təqaüdçüləri etiraz aksiyası keçirir
Zəncan telekommunikasiya təqaüdçüləri etiraz aksiyası keçirir

İran Azərbaycanının üç şəhərində telekommunikasiya şirkətinin təqaüdçüləri tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq aksiyalar keçiriblər.

Bazar ertəsi Təbriz, Urmiyə, Zəncan və Ərak şəhərləri ilə birgə ölkənin digər şəhərlərində, o cümlədən Əhvaz, İsfahan, İlam, Kirmanşah, Gilan, Tehran, Sənəndəc və Məşhəddə telekommunikasiya şirkətinin təqaüdçüləri etiraz aksiyaları keçiriblər.

Şərqi Azərbaycan telekommunikasiya təqaüdçülərinin Telegram kanalında 100-ə yaxın təqaüdçünün şirkətin binası qarşısında aksiya keçirdiyi haqda məlumat verilib . Onlar şüarlar səsləndirərək, idarənin rəhbərlərindən məşğulluq üzrə nimzamnaməni tam icra edilməsini tələb ediblər.

Urmiyədə telekommunikasiya tüqaüdşüləri aksiya keçirib
Urmiyədə telekommunikasiya tüqaüdşüləri aksiya keçirib

Bu xəbərə görə, Təbrizdə təqaüdçülər toplaşdıqdan sonra, şüarlar səsləndirərək yürüş keçiriblər ki, polis tərəfindən Telekommunikasiya İdarəsinə istiqamətləndiriliblər. Təqaüdçülər polis tərəfindən İdarəyə yönləndirilib və həmin idarənin maliyyə müavini onların şikayətlərinə cavab verməyə səy göstərib.

Ölkədə telekommunikasiya şirkətinin təqaüdçüləri hər həftə bazar ertəsi günü müxtəlif şəhərlərdə tələblərinin yerinə yetirilmədiyi üçün etiraz aksiyaları keçirir.

İranda telekommunikasiya şirkətinin təqaüdçüləri tibbi sığortalarının müalicə xərclərinin çox az hissəsini qarşılamasına, maaşların bərabərləşdirilməsinin həyata keçirilməməsinə, maaşlarının inflyasiyaya mütənasib artırılmamasına etiraz edərək, inzibati reqlamentlərin icra edilməsini tələb edirlər.

Forum

XS
SM
MD
LG