Accessibility links

Rəsmi statistika: İran Azərbaycanının bir sıra vilayətlərində inflyasiya 50 faizdən yuxarıdır


Təbriz
Təbriz

İranın Statistika Mərkəzi vilayətlər üzrə illik inflyasiya səviyyəsini açıqlayıb. Rəqəmlərə əsasən, İran Azərbaycanının bir sıra vilayətlərində ötən bir ayda inflyasiya səviyyəsi 50faizdən yuxarı olub.

Şərqi Azərbaycan vilayəti 53,3 faizlə ölkənin vilayətləri arasında yüksək inflyasiya səviyyəsinə malik altıncı vilayət olub. Qərbi Azərbaycan vilayəti isə 50 faiz inflyasiya ilə ölkədə 12-ci yerdədir.

Əhalisinin əhəmiyyətli hissəsi Azərbaycan türklərindən ibarət olan Həmədan, Əlburz və Mərkəzi vilayətlərində ötən ay 50 faizdən yüksək inflyasiya qeydə alınıb.

22 iyun - 22 iyul tarixləri arasında qeydə alınan bu statistikaya görə, ölkədə orta inflyasiya səviyyəsinin 47,5 faiz təşkil edir. Buna əsasən, Qəzvin vilayətində 48,6 və Ərdəbil vilayətində isə 48,3 faizlə inflyasiya səviyyəsi ölkədə orta inflasiya səviyyəsindən yüksək olaraq qeydə alınıb.

Zəncan vilayətində 46,4 faizlə inflyasiya səviyyəsinə görə İranda Azərbaycan vilayətləri arasında daha yaxşı vəziyyətdədir.

Mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan vilayəti ölkənin vilayətləri arasında ən yüksək inflyasiya səviyyəsinə görə altıncı, Tehran vilayəti isə 43 faizlə ən aşağı inflyasiya səviyyəsinə malikdir.

Hökumətin tənqidçiləri hesab edirlər ki, hökumət orqanlarının İran iqtisadiyyatı ilə bağlı təqdim etdiyi statistik məlumatlar reallıqları əks etdirmir və inflyasiya statistikası hökumətin açıqladığı rəqəmlərdən daha yüksəkdir.

Şərqi Azərbaycanın şəhərlərindən biri olan Bostanabadın İran parlamentindəki nümayəndəsi Qulamrza Nuri Qızılca bu yaxınlarda "Rouydad24" saytına deyib ki, hökumətin açıqladığı statistika ölkə reallıqlarını əks etdirmir və açıqlanan rəqəmlərin "cəmiyyətdə güvənsizlik yaratdığını" bəyan edib.

Nuri Qızılca ölkədə inflyasiyanın 120 faiz olduğunu bəyan edib və hökuməti qeyri-real statistika yayımladığına görə tənqid edib.

XS
SM
MD
LG