Accessibility links

Ərdəbilli təqaüdçülər aksiyalarını davam etdirirlər


Ərdəbildə - 11 iyul (İran İşçiləri Azad Birliyinin yaydığı videonun ekran görüntüsü)
Ərdəbildə - 11 iyul (İran İşçiləri Azad Birliyinin yaydığı videonun ekran görüntüsü)

İranın müxtəlif vilayətlərində təqaüdçülər öz tələblərini səsləndirmək üçün aksiya və yürüş keçirməyə davam edirlər.

Son həftələr İran Azərbaycanında ən çox ərdəbilli təqaüdçülərin təşkil etdiyi aksiyalarlardan məlumat və görüntü yaylıb. Ərdəbildə təqaüdçülərin növbəti aksiyası iyulun 13-də keçirilib.

HRA agentliyi və İran İşçiləri Azad Birliyinin Telegram kanalında yayılan videogörüntülərə istinadən, Ərdəbil pensiya fondu şöbəsinin qarşısında aksiya keçirən təqaüdçülər şüarlar səsləndirib və plakatlar nümayiş etdiriblər.

Videolarda etirazçıların "bahalıq və inflyasiya xalqın başının bəlası", "maaşların bərabərləşdirilməsi bizim öz haqqımızdır" və "haqqımızı alana qədər geri durmayacağıq" şüarlarını səsləndirdikləri eşidilir.

İyulun 11-də təqaüdçülər həmçinin İranın Kirmanşah, Sənəndəc, Yəzd və Məməsəni şəhərlərində aksiya və yürüş keçiriblər.

İranda müxtəlif sektorlardan təqaüddə olan vətəndaşlar aylardır ki, ölkənin bir çox vilayətində piket və yürüşlər keçirməyə davam edirlər.

Hüquq-müdafiə və əmək qruplarının yaydığı məlumata görə, təqaüdçülər "maaşların bərabərləşdirilməsi" layihəsinin tətbiqi və layihədə islahat aparılması, tibbi sığorta və digər sığorta hüquqlarının yerinə yetirilməsi, bərbad məişət vəziyyətlərinə diqqət yetirilməsi və pensiyaların həyat xərcləri və inflyasiya faizinə mütənasib artırılması kimi tələblərini gündəmə gətirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG