Avqustun 5-də Ərdəbil kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri milli-mədəni fəallara telefonla zəng edərək idarəyə gəlmələrini istəyiblər.
Təhlükəsizlik qüvvələrin milli fəalları məhkəmə bildirişi olmadan qanunsuz şəkildə istintaqa cəlb etmə cəhdləri onların etirazına səbəb olub və həmin fəalların idarəyə getməkdən imtina etdiyi bildirilir.
Bölgədə fəaliyyət göstərən hüququ müdafiəçilərinin yaydığı məlumata görə, Ərdəbil kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri fəallarla telefon əlaqəsi saxladığı vaxt onları həbs etməklə hədələdikləri bildirilir.
Bundan əvvəl onlarla milli fəalın Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən telefon vasitəsi ilə istintaqa çağırıldığı bildirilmişdi. Sosial mediada yayımlanan son məlumata görə, Afşin Sübhi, Məcid Rüstəmnejad, Mahmud Danişyan da daxil olmaqla bir çox milli fəalın çağrıldığı qeyd olunub.
Bu çağırışlar məmurların milli fəallara qarşı bəzi hədə-qorxuları və nalayiq sözlər işlətməsi ilə müşayiət olunub.
Ötən günlərdə İran Azərbaycanında onlarla türk fəalın o cümlədən Firuz Muini, Əsgər Əkbərzadə, Tövhid Əmir Əmini, Meysəm Colani və Yaşar Əkbərzadənin təhlükəsizlik agentləri tərəfindən çağırıldığı xəbəri yayılmışdı.
İran Azərbaycanında zaman-zaman kəşfiyyat qüvvələri məhkəmə orderi olmadan güneyli fəallara zəng edərək təhdid və hədə-qorxu ilə onlardan istintaq üçün kəşfiyyat idarəsinə müraciət etmələrini tələb edir.
Son həftələrdə İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəalların və ətraf mühit fəallarının geniş şəkildə təhlükəsizlik qüüvələri tərəfindən çağırılması barədə xəbərlər yayılıb. Lakin ölkədə mövcud şəraitdə bütün bu şəxslərin kimliyi barədə məlumat əldə etmək çətindir.
Forum