Accessibility links

Şərqi Azərbaycanda Siyasi fəal Məhəmməd İlati məhkəməyə çağırılıb


Məhəmməd İlahi
Məhəmməd İlahi

Siyasi fəal Məhəmməd İlati Şərqi Azərbaycan vilayətinin Əcəbşer şəhərində keçən iyun ayından bəri ikinci dəfə olaraq İnqilab Məhəməsinə çağırılıb.

"İslam Respublikası nizamına qarşı təbliğat" fəaliyyəti göstərməkdə ittiham edilən fəal ilk dəfə iyun ayının 12-də hakim qarşısına çıxarılmışdı. İlatini məhkəmədə vəkil Əsgər Məhəmmədi müdafiə edib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən türk fəaldan gələcək bazar günü yenidən məhkəməyə müraciət etməsi tələb olunub.

İnsan haqları ilə bağlı məlumat yayan "Abbas Lisani" Telegram kanalı Məhəmməd İlatinin yaxınlarına istinadən bildirib ki, "milli fəal keçən aprel ayının 5-də kəşfiyyat idarəsinin informasiya qərargahına çağırılmışdı. O, ertəsi gün nəzarət altına alınıb və sorğu-sual üçün kəşfiyyat şöbəsinə aparıldı. Orada İlatidən şəhərdə türkcə kitab və təqvim dağıtmaq və gəncləri Traktor futbol klubunun oyunlarına aparmaq kimi fəaliyyətləri haqqında suallar soruşub və sonra sərbəst buraxmışdılar."

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, İlati təhlükəsizlik qurumunun şikayəti ilə "nizama qarşı təbliğat" ittihıma məruz qalıb.

İlati may ayının ilk günlərində də Əcəbşer şəhərinin Ümumi və İnqilab Prokurorluğuna çağırılmışdı.

Forum

XS
SM
MD
LG