Ərdəbil vilayəti kəşfiyyat baş idarəsinin məmurları keçən günlərdə çox sayda milli fəala telefon edərək onlardan kəşfiyyat şöbəsinə müraciət etmələrini tələb ediblər.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və "Abbas Lisani" Telegram kanalı kimi mənbələrin məlumatına görə, keçən bir neçə gün ərzində Firuz Muini, Əsgər Əkbərzadə, Tövhid Əmir Əmini, Meysəm Colani, Yusuf Kari, Murtaza Pərvin, Səid Sadıqifər, Məhəmməd Colani və Yaşar Əkbərzadə daxil olmaqla bir çox siyasi fəala telefon edilib.
Fəallardan "bəzi açıqlamalar üçün" kəşfiyyat idarəsinin informasiya qərargahına müraciət etmələri tələb olunub.
Sosial şəbəkələrdə paylaşılan məlumata əsasən, məmurların telefon etdiyi fəalların çoxu yazılı çağırış olmadan şöbəyə müraciət etməyəcəklərini ifadə ediblər.
Kəşfiyyat şöbəsinə çağırılan fəalların əksəriyyəti göstərdikləri mədəni və siyasi fəaliyyətlərindən dolayı daha əvvəl də təqib, həbs və mühakiməyə məruz qalıblar.
Forum