Accessibility links

Təbrizdə saxlanılan fəallar Kəşfiyyat İdarəsinin təcridxanasına göndərilib


Təbrizdə həbs edilən fəallar
Təbrizdə həbs edilən fəallar

2006-cı ilin may qiyamının ildönümü ərəfəsində Təbrizdə saxlanılan türk fəalların İranın Kəşfiyyat Nazirliyi Təbriz şöbəsinin təcridxanasına göndərildiyi bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani adlı Telegram kanalında bu barədə məlumat yayılıb.

İranın təhlükəsizlik qüvvələri Təbrizdə cümə axşamı günü siyasi fəallar Hüseyn Əmani, Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbrini nəzarət altına alıblar.

Məmurlar həbs edilən fəalların evində axtarış aparıb və onların kompüter, kitab, əlyazmaları və mobil telefon kimi şəxsi əşyalarını müsadirə ediblər.

HRA agentliyinin bildirdiyinə görə, Hüseyn Əmani ailə üzvlərinə zəng edərək kəşfiyyat idarəsinin təcridxanasına aparıldığını bildirib.

Fəalların qarşıdan gələn günlərdə keçiriləcəyi gözlənilən 2006-cı ilin may ayında baş verən etirazların ildönümü tədbirləri ilə əlaqadər saxlanıldığı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG