Accessibility links

Həbsdə olan AXCP fəalı cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsindəki durumdan narazılığını bildirib


Zamin Salayev
Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsinin tibb-sanitar hissəsində dərmanların məhbuslara pulla satıldığını iddia edib.

“Adətən həbsxanadan zəng edənlər həbsxana adminstrasiyasından şikayətlənirlər. Amma bu dəfə fərqli oldu. Zamin Salayevin cəzaçəkmə müəssisəsinin adminstrasiyasından heç bir şikayəti olmasa da tibb-sanitar hissəsinin baş həkimi Elşad İsayevdən və Yusif həkimdən çox şikayət etdi. Zamin bəyin verdiyi məlumata görə xəstələr baxımsız qalıblar. Müalicə olunmurlar. Həkimlər dərmanları pulla satır. Pulsuz iynə və sistemlər qoşulmur. Baxımsızlıqdan hətta ölənlər olub. Etiraz edən məhkumlara həkim deyir "canın çıxardı tutulmazdın”, avqustun 5-də Zamin Salayevlə telefon danışığından sonra AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli facebook hesabında yazıb.

Asif Yusifli Amerikanın Səsinin müxbirinə deyib ki, Zamin Salayev 114 gün aclıq keçirib, azı 50 kiloqram çəki itirib. O ürək və böyrək çatışmamazlığından əziyyət çəkir.

Bununla yanaşı, Penitensiar Xidmət Zamin Salayevin iddiaları ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Həmçinin 11 saylı Cəzaçəkmə Müəssisəinin növbətçi hissəsindən Amerikanın Səsinə bildiriblər ki, sanitar-tibb hissəsi ilə telefon əlaqəsi olmadığından onlarla əlaqə saxlamaq mümkün deyil. Bununla yanaşı, sanitar-tibb hisəsinin baş həkimi və həkimi də hələ Zamin Salayevin iddialarına münasibət bildirməyib.

Zamin Salayev bu il fevralın 7-də saxlanılıb.

Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib. İyunun 1-də o, aclığı dayandırıb.

Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasına çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG