Accessibility links

AXCP fəalı inzibati həbsə məhkum edilib


AXCP fəalları Zaur Əhmədov və Zamin Salayev
AXCP fəalları Zaur Əhmədov və Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan rayon təşkilatının fəalı Zaur Əhmədov inzibati qaydada 30 sutka həbs edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin məlumatına görə, Əhmədov mayın 26-da saxlanılıb.

“Sonradan bəlli olub ki, o, naməlum və açıq-aşkar uydurma ittihamla 30 sutka həbs edilib. Ona görüş, telefon danışıqları, yemək alması üçün imkan yaradılmır”, AXCP-nin məlumatında deyilir.

AXCP hesab edir ki, Əhmədovun həbsi onun siyasi fəaliyyətilə bağlıdır.

Daxili İşlər Nazirliyi Şirvan regional qrupundan bildiriblər ki, Zaur Əhmədov mayın 26-da "ictimai asayişi pozduğuna və polisə tabe olmadığına görə" saxlanılıb. O, məhkəmənin qərarı ilə 30 sutka həbs edilib.

Xatırladaq ki, AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayev də həbsdədir. O həbsini siyasi sifariş hesap edir və etiraz olaraq həbsxanada 112 gündür aclıq edir.

XS
SM
MD
LG