Accessibility links

Təhlilçi: Mövsümü həbslər korrupsiya hallarının aradan qaldırılması üçün effektiv deyil


Son günlər porkurorluq orqanları Cəlilabad və Tərtər rayonlarında icra hakmiyyələrinin, həmçinin Yevlax rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxlsərini rüşvət və korrupsiya ittihamları ilə saxlayıb. Siyasi təhlilçi hesab edir ki, korrupsiyanın aradan qaldırılması üçün həbslərlə yanaşı, kopleks tədbirlərə ehtiyac var.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, son bir neşə gündə Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyev, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – Baş memar Tofiq Kərimov, həmçinin Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Saxlanılan şəxslər müxtəlif məbləğlərdə (3500 manat, 44 min manat, 25 min manat, 73 min manat) pul vəsaitlərini ələ keçirməkdə və mənimsəməkdə günahlandlırılır.

Son bir neçə ildə Azərbaycanda rüşvət və korrupsiya ittihamı ilə bir neçə nazir, nazir müavinləri, onadək icra hakimiyyəti başçısı, çoxsaylı idarə rəisləri və digər vəzifəli şəxslər həbs edilib. Bununla yanaşı müşahidəçilər ölkədə korrupsiya hallarının azalmadığın bildirir.

Azərbaycan beynəlxalq korrupsiya indeksində 180 ölkə arasında 128-ci yeri bölüşür.

Siyasi təhlilçi Nəsimi Məmmədli Amerikanın Səsinə deyib ki, korrupsiyanın kökünü kəsmək üçün kompleks hüquqi və siyasi addımlar atılmalı, iqtisadi islahatlar həyta keçirlməlidir.

“Belə kosmetik addımlar heç də korrupsiya ilə mübarizə istiqamətində uğurlu nəticə verməyəcək. Kimlərinsə mövsünmü həbsi qısa müddətdə qorxu yarada bilər. Korrupsiyaya qarşı mübarizə üçün dövlət ilk növbədə cəmiyyətdə şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi istiqamətində ciddi addımlar atmalıdır. İqtisadi münasibətləri tənzimləmək üçün “Rəqabət Məcəlləsi” işlək hala gətiirlməlidir”, o qeyd edib.

Nəsimi Məmmədli: Mövsümü həbslər korrupsiya hallarının aradan qaldırılması üçün effektiv deyil
please wait

No media source currently available

0:00 0:04:47 0:00

Təhlilçi ictimai nəzarətin təmin edilməsi məsələsindən danışarkən deyib ki, bu sahə qanunlarla təsbit olunur.

“Hələ 2014-cü ildə “İctimai işturakçılıq haqqında” qanun qəbul edilib. Həmin qanunda ictimai iştirakçılığı təşkil və təmin etmək üçün müəyyən istiqamətlər müəyyən edilib. Bundan sonra hökumət nazirliklərin və digər dövlət qurumlarının tabeliyində ictimai şuralar yaratmağa başladı. Amma, şuraların yaradılma müxanizmi elə bir səviyyəyə gəlib çıxdı ki, nazirliklər ictimai şuralara nəzarət edir. İctimai Şuralar nazirliklərin fəaliyyətinə nəzarət edə bilmir”.

Məmmədli hesab edir ki, ölkədə ictimai nəzarət üçün ilk növbədə çoxpartiyalı siyasi sistemin önündəki əngəllər aradan qaldırlmalıdır.

“Ölkədə siyasi münasibətləri tənzimləyən iki qütb olur, iqtidar-müxalifət. Cəmiyyətdə iqtidar-müxalifət münasibətləri, vətəndaş cəmiyyəti institutları, media. - bunlar hamısı ğzlüyünəd ictimai nəzarəti həyata keçirən qurumlarıdr. Bundan başqa mülki nəzarəti həyata keçirən oqranlar, - məhkəmələr, parlament. Təəssüf ki, Azərbaycanda nə ictimai, nə də mülki nəzarət mexanizmləri işlək deyil”.

Məmmədli korrupsiyanın aradan qaldırlmasında vəzifəli şəxslərin gəlir bəyyanamalərini verməsinin mühüm əhəmiyyət ksəb etdiyini bildirib.

“Belə görünür ki, məmurların gəlir bəyannamaə verməsi ilə bağlı siyasi iradə yoxdur. Azərbaycanda siyasi iradə olanda atılan addımların effektli nəticələrini görmüşük. Düzdür müəyyən qanunlar qəbul edilir, sərəncamlar verilir. Amma, onlar icraya yönədilərkən nədənsə unudulur. Təkcə gəlir bəyannaməsi deyil, İdarəetmədə səmərəliliyin artırılmaısi lə bağlı ölkə prezidentinin də sərəncamları olub. Bununla bağlı sonuncu sərəncam 2020-ci ildə olub. Nazirlər Kabinetinə göstəriş verilmişdi ki, üç ay müddətinə təkliflər hazırlasın. Artıq üç il vaxt keçib. Məsələ bundandır ki, hüquqi baxımdan siyasi iradənin olması ilə bağlı görüntü yaradılır, amma mahiyyət etibarı ilə qarşıya qoyulmuş məqsədlər həyata keçirilmir”, o qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG