Accessibility links

Dövlət Departamenti Azərbaycan-Ermənistan sülh prosesinə və Qubad İbadoğlunun həbsinə münasibət bildirib


 ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

İyulun 31-də ABŞ bəyan edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin “əlçatan səviyyədə" olduğuna "inanmaqda davam edir".

"Biz sülh sazişi haqqında danışmağa davam edirik və əvvəlkitək inanırıq ki, sülh sazişi əlçatan səviyyədədir."

Bu barədə ənənəvi brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller bu yaxınlarda dövlət katibi Antoni Blinken və Azərbaycan prezidenti İlham Əliyevin telefon danışığı ilə bağlı Turan agentliyinin sualının cavabında deyib.

Mətbuat katibi əlavə edib: "Lakin biz hər zaman deyirdik ki, hər iki tərəf çətin kompromislərə getməlidir və məhz buna görə də dövlət katibi Ermənistan və Azərbaycan liderlərini bu kompromislərə razı salmaq üçün onlarla danışmağa davam edib.”

Regionda vəziyyətin pisləşib-pisləşməməsi barədə sualın cavabında Miller hər hansı qiymətləndirmə verməkdən imtina edib.

Turan agentliyinin “Bu yaxınlarda Qubad İbadoğlunun həbsindən sonra dövlət katibi prezident Əliyevin qarşısında insan hüquqları məsələsini qaldırıbmı?” sualına Miller cavab verib.

"İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik," o, qeyd edib.

Forum

XS
SM
MD
LG