Accessibility links

BP və SOCAR İsrail şelfində qaz layihəsinə investisiya qoya bilər


Böyük Britaniyanın enerji şirkəti olan BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Aralıq dənizində İsrailin dəniz hissəsində kəşfiyyat işlərinin aparılması üçün lisenziya almaq məqsədilə tenderdə iştirak edib.

Bu barədə Reuters agentliyi məlumat verib.

Məlumata görə BP və SOCAR İsrailin “NewMed Energy” şirkəti ilə birlikdə ötən bazar günü başa çatan dördüncü lisenziyalaşdırma mərhələsində iki dəniz bloku üçün müraciət edib.

Burada söhbət “Leviafan” və “Tamar” yataqlarının yaxınlığında yerləşən bloklarda təbii qaz ehtiyatları ilə bağlı kəşfiyyat işlərindən gedir.

Reuters qeyd edir ki, BP və Əbu-Dabinin dövlət neft nəhəngi Adnoc-un NewMed-in 50%-ni təxminən 2 milyard dollara birgə almağı təklif etməsindən dörd ay sonra baş verir ki, bu da onlara potensial olaraq İsrailin böyüyən enerji sektoruna giriş imkanı verir.

Məlumatda qeyd edilir ki, Misir, İsrail, Kipr və Livanı əhatə edən qazla zəngin dəniz hövzəsi son illərdə dünyanın ən yaxşı enerji şirkətlərindən bəzilərini özünə cəlb edib, xüsusən də Avropa Moskvanın Ukraynaya müdaxiləsindən sonra Rusiya qazını əvəz edəcək tədarükləri təmin etmək üçün mübarizə aparır.

“NewMed” artıq “Leviafan” yatağında təbii qaz hasilatı ilə məşğuldur. Şirkət bu yataqda ən böyük paya sahibdir.

Öz növbəsində BP və SOCAR bununla bağlı hələlik açıqlama verməyib.

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, bu, SOCAR üçün yeni bir mərhələdir.

“SOCAR-ın xaricdə belə bir layihələri ancaq Türkiyədə mövcud idi. O da hasilat ilə yox, istehsal ilə bağlı idi. İndi hasilat ilə də bağlı SOCAR yeni bir mərhələyə qədəm qoyur. Bu İsraildə qaz yataqlarının işlədilməsi ilə bağlıdır. Yəqin ki, BP ilə birgə investisiyalar qoyulacaq. BP-nin texnologiyaları olacaq”, Cəfərli bildirib.

Ekspert deyir ki, nəticə etibarı ilə Azərbaycan Avropanın qaz bazarında rolunu daha da artırmış olacaq.

“Hasil olan qazın gələcəkdə ya tankerlərdə, ya da sualtı borular vasitəsilə Türkiyə üzərindən Avropaya çatdırılması mümkündür”, o qeyd edib.

İlham Şaban : BP-nin SOCAR ilə Aralıq dənizi hövzəsində kəşfiyyat işlərinə müraciət etməsi , çox düşünülmüş addımdır
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Öz növbəsində Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İlham Şaban hesab edir ki BP-nin Azərbaycan Dövlət Neft Şirkəti ilə Aralıq dənizi hövzəsində mümkün kəşfiyyat işlərinə müraciət etməsi mən deyərdim ki, çox düşünülmüş addımdır.

“Bu baxımdan ki, o deyilən blok hələ on ildən də çox İsrail dənizinin şelfində tapılan iri qaz yatağının yaxınlığında yerləşir. Bəli geoloqlar hesab edirdi ki, o tipdə “Leviafan” və “Tamar” yataqları kimi böyük yataqların kəşf edilməsi ehtimalı çox azdır. Ancaq orta bir yatağın illik hasilat həcmi 5-10 milyard kubmetr arasında dəyişən bir yataq olarsa, bu həcmləri də Türkiyəyə və TANAP-a qoşmaqla regionun yeni iqtisadi coğrafi xəritəsini yaxın perspektiv üçün çox böyük dəyişikliklərə yol açan layihə ola bilər,” İlham Şaban əlavə edib.

XS
SM
MD
LG