Accessibility links

Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqı liderləri arasında görüş keçirilib


Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqı liderləri arasında görüş keçirilib
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Azərbaycan və Ermənistan liderləri arasında iyunun 1-i Moldovada növbəti görüş baş tutub. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun da qatıldığı beştərəfli qeyri-rəsmi görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilib.

Görüşdən sonra mətbuata açıqlamasında Şarl Mişel görüşün uğurlu keçdiyini, gündəlikdə olan bütün məsələri müzakirə etdiklərini deyib.

“Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik və hüquqlar, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya çox yaxşı hazırlıq oldu. Bu o deməkdir ki, biz çox gərgin çalışırıq”, Şarl Mişel qeyd edib.

Şarl Mişel həmçinin liderləri Avropa Siyasi Birliyinin bu ilin oktyabr ayında İspaniyada keçiriləcək növbəti sammiti çərçivəsində beştərəfli formatda yenidən görüşməyə dəvət edəcəklərini vurğulayıb.

“Biz münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik və həmçinin bəyan etdik ki, Prezident Əliyevi, Baş nazir Paşinyanı, Kansler Şoltsu və Prezident Makronu "Avropa siyasi birliyi"nin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətindəyik. Bu o deməkdir ki, biz Avropa İttifaqı tərəfindən münasibətlərin normallaşdırılması istiqamətində daha çox irəliləyişə nail olmağa yardım etmək üçün əlimizdən gələni edəcəyik", Aİ Şurasının prezidenti əlavə edib.

Fransa prezidenti Emmanuel Makron keçirdiyi mətbuat konfransında münaqaişənin həllinin zəruri olduğunu deyib.

“Biz prezident Mişel və kansler Şoltsla birlikdə baş nazir Paşinyanı və prezident Əliyevi bir araya gətirdik. Məqsəd bu iki ölkə arasında danışıqlar prosesini davam etdirmək və Ermənistanla Azərbaycan arasında sülhə nail olmaqdır. Bunun üçün hər iki ölkənin suverenliyinə, insanların, o cümlədən azlıqların təhlükəsizliyinə hörmət edilməlidir”, Makron vurğulayıb.

Öz növbəsində Almaniya Kansleri Olaf Şolts da keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq Ermənistan və Azərbaycanla intensiv danışıqlar keçirdiklərini deyib. Almaniya Kansleri ayrı-ayrı ölkələr arasında mövcud olan gərginliyin azaldılmasına spesifik töhfə vermək üçün fransalı həmkarı Emmanuel Makronla danışdıqlarını vurğulayıb.

Azərbaycan və Ermənistan tərəfi görüş və nəticələri barədə ələvə məlumat verməyib. Tərəflər Brüssel formatında rəsmi danışıqlara davam edəcəklər.

XS
SM
MD
LG