Accessibility links

Həbsdə olan inanclı insanların ailə üzvləri aksiya keçirib


İyunun 2-də həbsdə olan inanclı fəalların bir qrup ailə üzvü Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları həbsdə olan yaxınlarının fotolarını qaldıraraq onların günahsız olduğunu bildirib.

Etiraz aksiyasının iştirakçılarından biri Turan-a bildirib ki, ailə üzvlərini narkotik ittihamı ilə saxlasalar da istintaqda İranla balı sorğu-sual ediblər və daha sonra yerli televiziya kanalları onları “İran casusu” kimi təqdim edib.

Polis aksiyaya müdaxilə etməyib. Aksiya iştirakçıları Baş Prokurorluğun qəbul şöbəsində qəbul olunublar.

Xatırladaq ki, son aylarda Azərbaycanda İranla məxfi əməkdaşlıqda günahlandırılan çoxsaylı inanclı insan həbs edilib. Onların əksəriyyətinə sonradan narkotik ittihamı verilib.

XS
SM
MD
LG