Accessibility links

Dövlət Departamenti: İranın uzaq mənzilli yeni raketləri beynəlxalq təhlükəsizliyə ciddi təhdiddir


Metyu Miller (Rəsmi foto)
Metyu Miller (Rəsmi foto)

İranın uzaq mənzilli yeni raket modelini təqdim etməsi ilə bağlı xəbərlərdən sonra ABŞ mayın 25-də İranın raket proqramını “regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid” adlandırıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller ənənəvi brifinqdə deyib: "İranın ballistik raketlərinin inkişafı və yayılması regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır".

“Biz İranın ballistik raket proqramının daha da irəliləməsinə və raket texnologiyasının digər ölkələrə yayılmasına qarşı müxtəlif vasitələrdən, o cümlədən sanksiyalardan istifadə edirik”, o əlavə edib.

İrana qarşı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində qoyulan məhdudiyyətlərə baxmayaraq, İran qətnaməyə zidd olaraq xaricdə raket texnologiyaları axtarmağa və ballistik raketlərin sınaqlarını keçirməkdə davam edir.

Turan agentliyinin "Bayden administrasiyası İran rejimi ilə nüvə danışıqlarında hər hansı dəyişiklik edəcəkmi?" sualına cavabda Miller deyib ki, İranın nüvə silahı əldə etməməsi üçün “diplomatiya ən yaxşı yoldur” və bu, Bayden administrasiyasının prioritetidir.

XS
SM
MD
LG