Accessibility links

Birləşmiş Krallıq: İran Rusiyanın əsas hərbi dəstəkçilərindən biridir


Britaniya Müdafiə Nazirliyinin şənbə günü Twitter-də yerləşdirdiyi gündəlik kəşfiyyat hesabatında bildirib ki, İran Ukraynaya hərbi müdaxiləsindən bəri Rusiyanın ən böyük hərbi dəstəkçilərindən birinə çevrilib.

Nazirlik bildirib ki, İranın Rusiyaya dəstəyinin artacağı ehtimalı yüksəkdir, çünki Rusiya daha çox silah, o cümlədən yüzlərlə balistik raket əldə etməyə çalışır. Bunun əvəzində Rusiya çox böyük ehtimalla İrana misli-görünməmiş hərbi və texniki dəstək təklif edir ki, bu da onların münasibətlərini dəyişir.”

“Rusiya çox güman ki, 500 kiloqramlıq döyüş başlığını 500 km-ə qədər daşıyan SS-26 Islander qısa mənzilli ballistik raketlərinin ehtiyatının böyük bir hissəsini istifadə edib” - nazirlik bildirib. “Əgər Rusiya İranın çoxlu sayda ballistik raketlərini istismara verə bilsə, çox güman ki, onlardan Ukraynanın kritik milli infrastrukturuna zərbələr kampaniyasını davam etdirmək və genişləndirmək üçün istifadə edəcək”.”

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib ki, Vaşinqton İranla Rusiya arasında “dərinləşən və inkişaf etməkdə olan müdafiə tərəfdaşlığı”ndan dərindən narahatdır və Birləşmiş Ştatlar bu əlaqələri pozmaq üçün öz alətlərindən istifadə edəcək.

O bildirib ki, ABŞ hökuməti həmçinin tərəfdaş ölkələri Rusiya-İran tərəfdaşlığını müzakirə etməyə çağıracaq.

Rusiyanın müharibə cinayətləri

Cümə günü Kyivdə bəşəriyyətin təcavüz cinayətlərindən qorunması ilə bağlı beynəlxalq konfransda Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, hüquqi tribunal Rusiyanı törətdiyi müharibə cinayətlərinə görə cavabdeh tutmalıdır. O həmçinin Ukraynanın sülh formulunun 10 bəndini açıqlayıb.

“Nüvə təhlükəsizliyindən tutmuş, dövlətimizin ərazi bütövlüyünə, enerji təhlükəsizliyindən tutmuş bütün hərbi əsilərin və Rusiya ərazisində saxlanılan deportasiya olunan insanların qaytarılmasına kimi,” o deyib. “biz Ukrayna bayrağını Ukraynanın bütün şəhər və icmalarına geri qaytarmalıyıq, biz terrorçu dövlətin bu müharibəyə görə real məsuliyyətini təmin etməliyik və biz bu müharibə bitəndən sonra ukraynalıların bütün nəsillərinin təhlükəsizliyinə təminat verməliyik,” Zelenski əlavə edib.

Şənbə günü Financial Times qəzetinin redaktoru Rula Xələf deyib ki, “Zelenski bu insanların cəsarətini və möhkəmliyini təcəssüm etdiriir. Ona görə də bizim redaksiyamız onu İlin Adamı seçib.”

Time jurnalı da Zelenskini ilin adamı elan edib.

Cümə günü Time jurnalının Zelenskiyə və Ukraynanın ruhuna həsr olunmuş 2022-ci ilin görkəmli insanları və hadisələri ilə bağlı tədbirində Ukrayna prezidenti bildirib ki, “ukraynalıların mübarizəsini və Ukraynanın ruhunu təmsil etmək şərəfdir.” O, ölkəsinə dəstək olan hər kəsə təşəkkür edib.

Kreml Time jurnalının seçimini “rusofob” adlandırıb.

ABŞ-ın Ukraynaya yardımı

ABŞ Prezidenti Co Bayden Ukrayna üçün yeni 275 milyon dollar dəyərində hərbi yardım ayırıb. Ağ Evin cümə günün yaydığı məlumata əsasən, buna dronları məğlub etmək, hava hücumundan müdafiəsini gücləndirmək daxildir.

Yardım paketinə həmçinin Lockheed Martinin istehsal etdiyi Yüksək Sürətli Artilleriya Raket Sistemi (HIMARS) üçün raketlər, 80 min ədəd 155 mm-lik artilleriya mərmiləri, Humvee zirehli maşın və təxminən 150 generator daxildir.

XS
SM
MD
LG