NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolomina Azərbaycanda səfərdədir.
Bu barədə o, twitter səhifəsində yazıb.
NATO nümayəndəsi Bakıda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
“Görüşlər zamanı NATO-Azərbaycan əməkdaşlığı, Azərbaycanın enerji təhlükəsizliyindəki rolu və son danışıqlardan sonra sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib”, o qeyd edib.