Accessibility links

NATO, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi, Aİ Azərbaycan və Ermənistan sərhəddində döyüşlərdən narahatdır


“Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlər və intensiv atəşə tutulması dərhal dayandırılmalıdır.”

Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar twitter-də bildirib.

O qeyd edib ki, Aİ gərginliyin azaldılmasına töhfə vermək üçün tərəflərlə sıx əlaqə saxlayır.

NATO-nun Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərdən narahatdır.

“Ermənistan və Azərbaycan sərhədi boyunca hücumlardan, o cümlədən Ermənistan daxilində yaşayış məntəqələrinə və mülki infrastruktura zərbələr endirilməsindən çox narahatdır. NATO hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi təcili azaltmağa çağırır”-o, Twitter səhifəsində bildirib.

Bundan əlavə, ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter də öz narahatlığını ifadə edib.

“Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar və Ermənistanda mülki obyektlərə zərbələr endirilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır”deyə Twitter səhifəsində qeyd edib

O bildirib ki, “Dağlıq Qarabağda münaqişənin hərbi yolla həlli yoxdur; diplomatiya üstünlük təşkil etməlidir.“

Sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər başlayıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

XS
SM
MD
LG