Accessibility links

Təbriz Tibb Elmləri Universitetinin tələbələri etiraz ərizəsi imzaladıqları üçün təzyiqlərə məruz qalıblar


Təbriz Tibb Elmləri Universiteti tələbələrinin etiraz mitiniqi
Təbriz Tibb Elmləri Universiteti tələbələrinin etiraz mitiniqi

Təbriz Tibb Elmləri Universitetinin bəzi tələbələri bu universitetin təhlükəsizlik ofisi əməkdaşları tərəfindən hədələnib.

Bölgədəki hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydıqları xəbərə görə, Təbriz Tibb Elmləri Universitetinin etiraz petisiyası imzalayan bəzi tələbələri universitetin təhlükəsizlik ofisi tərəfindən çağırılaraq, təhdid edilib. Bundan əvvəl bu universitetin 2 min tələbəsi intizam komitəsinin bir neçə etirazçı tələbənin təhsilini dayandırması ilə bağlı verdiyi qərarlara etiraz olaraq petisiya imzalamışdı.

Təbriz Tibb Elmləri Universitetinin tələbələri bu universitetin şəhərciyində bir neçə dəfə etiraz aksiyası keçirərək ölkədə tələbələrin kütləvi şəkildə zəhərlənməsinə, eləcə də son etirazçılara verilən ölüm hökmlərinə dinc şəkildə etiraz ediblər.

Bu universitetin tələbələrinin bu etiraz mitinqlərindən sonra həmin tələbələrdən bir neçəsi intizam komitəsi tərəfindən çağırılıb və barələrində iş açılıb və nəticədə bu tələbələrdən bir neçəsi təhsildən uzaqlaşdırılıb.

Bu universitetin bir sıra tələbələrinin təhsilinin dayandırılması, digər tələbələrin etirazına səbəb olub. Təbriz Tibb Universitetinin 2 min tələbəsi bu qərarlara etiraz olaraq ərizə imzalayıb. Həmin petisiyada tələbələr ifadə azadlığı hüquqlarını müdafiə edərək, universitetin intizam komitəsini qanundan etirazçı tələbələri repressiya etmək məqsədilə alət kimi istifadə etməkdə ittiham ediblər.

Təbriz Tibb Elmləri Universitetinin İslam Assosiasiyasının Telegram kanalının yaydığı məlumata görə, səhiyyə iqtisadiyyatı ixtisası tələbəsi Mehran Süleymani, fizioterapiya ixtisası tələbəsi Şəhin Dəbestani, tibb tələbəsi Piruz Rəhmanzadə, tibb bacsı ixtisası Əli İsapur, əczaçılıq tələbəsi olan Sina Tovhidi və İrfan Rəbii iki semester təhsildən uzaqlaşdırılıb.

Bu Universitetin tələbələrinə qarşı təzyiqlər, çox sayda tələbənin martın 7-də müəllimlərin etiraz mitinqi ilə eyni vaxtda ölkənin bir çox şəhərində qız məktəblərində kimyəvi maddə ilə şübhələnilən zəhərlənməyə etiraz olaraq piket keçirdikdən sonra başlayıb.

XS
SM
MD
LG