Accessibility links

İranlı deputat: təhlükəsizlik qüvvələrinin universitetə ​​daxil olması qanunlara ziddir


Təbriz Sənət Universitetində tələbələrin etiraz mitinqi
Təbriz Sənət Universitetində tələbələrin etiraz mitinqi

İran parlamentində islahatçılar cərəyanına yaxın olan bir nümayəndə polis və təhlükəsizlik qüvvələrinin universitetlərə daxil olmasını qanuna zidd hesab edir. O bildirib ki, əgər bu baş veribsə, onlar qanun qarşısında cavab verməlidirlər.

İSNA xəbər agentliyinin məlumatına görə, Şərqi Azərbaycan vilayətinin Bostanabad şəhərinin İran parlamentindəki təmsilçisi Qulamrza Nuri Qızılca "universitetlərdə təhlükəsizlik qüvvələrinin mövcudluğunun qadağan olduğunu" qaydalar və qanunlar çərvivəsində müəyyən edilmiş və açıq aydın bir məsələ olduğunu bildirib.

Nuri deyib ki, Bəsic, polis və təhlükəsizlik qüvvələrinin universitetlərin şəhərciyinə daxil olması "az-çox eşidilir", lakin o, bu məsələnin "adətən təkzib edildiyini" də qeyd edib.

Nuri deyib ki, polis və təhlükəsizlik qüvvələrinin universitetlərə daxil olması məsələsinin həqiqəti etdirirsə, buna görə tələbələrin təhlükəsizliyindən cavabdeh olan şəxslərin məsuliyyət daşıdığını da dilə gətirib.

Təbriz Tibb Universitetində "saçlarım azadlıq bayrağıdır, ipi çəkdikcə ucalarda dalğalanacağam" yazılan plakat açılıb.
Təbriz Tibb Universitetində "saçlarım azadlıq bayrağıdır, ipi çəkdikcə ucalarda dalğalanacağam" yazılan plakat açılıb.

İranda polis və təhlükəsizlik qüvvələrinin, o cümlədən mülki geyimli qüvvələrin universitetlərin kampuslarına daxil olması təkzib edilsə də, Bəsic qüvvələrinin universitetlərdə tələbələrə hücumu ilə bağlı bir neçə xəbər yayılıb.

Bundan əlavə, İran parlamentinin ictimai komissiyasının üzvü Hüseyn Rəcai təhlükəsizlik qüvvələrinin universitetlərə daxil olmasını təsdiqləyərək, bunun "bir neçə xüsusi hallarda" həyata keçirildiyini söyləyib.

sosial mediada yayımlanan video-görüntülərdə repressiv qüvvələrin Təbriz Univeristetinin kampusunaa daxil olaraq tələbələrə plastik güllələrlə atəş açdığı, dəyənəklə etirazçı tələbələrə hücum etdiyi müşahidə olunur.

XS
SM
MD
LG