Accessibility links

İran universitetlərində toplaşan tələbələr və təhlükəsizlik xidməti arasında toqquşmaların olduğu bildirilir


Polis nəzarətində həlak olan gənc qadının ölümü səbəbilə başlayan etirazlar bazar günü onlarla universitetlərdə iranlı tələbələr tərəfindən davam etdirilib.

Bəzi məlumatlara əsasən nümayişçilər və təhlükəsizlik xidməti arasında toqquşmalar baş verib.

Amerikanın Səsinin Fars xidmətinin verdiyi məlumata əsasən, Tehranda yerləşən İslam Azad Universitetində tüfəng və dəyənəklə silahlanmış mülki geyimlilər tələbələrə hücum ediblər.

İranda etirazlar 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Kürd qadın sentyabrın 13-ü hicabı “doğru” geyinmədiyi üçün Tehranda saxlanılıb. O, nəzarətdə olduğu yerdə saxlanıldığından 3 gün sonra vəfat edib. Polis Əmininin infarkt keçirdiyini bildirib. Ailəsi isə onun ürəklə bağlı problemi olmadığını deyir.

İnsan hüquqları təşkilatları etirazlar dövründə 200-dən çox insanın həlak olduğu, yüzlərlə və bəlkə də minlərlə insanın həbs edildiyini bildirir. Təhlilçilərin sözlərinə görə, bu etirazlar İslam Respublikasına tarixində ən ciddi problemə çevrilib.

XS
SM
MD
LG