İran Azərbaycanının Zəncan şəhərində edam cəzasına məhkum edilən iki məhbus asılıb, Mərənd şəhərində isə ölüm cəzasına məhkum olunan bir vətəndaş əfv edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, Zəncan Həbsxanasında saxlanılan və narkotik qaçaqmalçılığı ilə suçlanan iki məhbusun edam hökmü bu həbsxanada icra olunub. Mərənd şəhərində qətl ittihamı ilə edama məhkum olunan bir məhbus isə ölüm cəzasından xilas edilib.
Əslən İran Azərbaycanının Həştəri (Həştrud) şəhərindən olan və Zəncan Həbsxanasında saxlanılan Əsgər Səmii və Təhmasb Kavusi 3 il əvvəl İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və narkotik qaçaqmalçılığı ittihamı ilə edam olunaraq ölüm cəzasına məhküm edilmişdilər.
Şərqi Azərbaycan vilayətində yerləşən Mərənd şəhərinin ədliyyə rəisinin dediklərinə görə, qətl ittihami ilə edam hökmünə məhkum olan bir məhbus qətlə yetirdiyi şəxsin ailəsinin razılığını əldə etməklə ölüm cəzasından xilas edilib.
Beynəlxalq insan hüquqları təşkilatları tərəfindən edam cəzasının qınanılması və ölkələrdən edam hökmünün qanunlarından silinməsi bu təşkilatlar tərəfindən tələb edilsə də, İranda bir çox sayıda məhbus fərqli ittihamlarla ölüm cəzasına məhkum edilir.
İranda edam olunan məhkumlar arasında qətl və narkotik qaçaqmalçılığı ilə suçlanan şəxslər yanında bir çox sayıda vicdan məhbusuda yer alır.
Beynəlxalq insan hüquqları təşkilatı "Amnesty International" ötən il İranda 576 nəfərin edam edildiyini bildirib. Bu rəqəm 314 nəfərin edam edildiyi 2021-ci illə müqayisədə 83% çoxdur.
2022-ci ildə İran Çindən sonra ən çox edam cəzasını tətbiq edən ölkə olub. İran İnsan Haqları Təşkilatı (İranhr) ötən il ərzində İranda edamların sayı ilə bağlı yayımladığı hesabatında bu ölkədə ən azı 582 nəfərin edam edildiyini iddia edib.