Accessibility links

İnsan haqları qrupları: İranda edamlar 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb


İki insan haqları qrupunun cümə axşamı yaydığı hesabatda keçən il İranın azı 582 məhbusu edam etdiyini, bunun 2015-ci ildən bəri ölkədə edamların ən yüksək səviyyədə olduğunu bildirib/

Norveçdə yerləşən İran İnsan Haqları və Parisdə yerləşən Ölüm Cəzasına Qarşı Birlikdə qrupları edamların sayının əvvəlki illə müqayisədə 75% artdığını deyib.

Qruplar öz hesabatlarında bildiriblər ki, İran hakimiyyəti əldə saxlamaq üçün ölüm hökmündən insanları qorxutmaq və sıxışdırmaq üçün istifadə edir.

Hesabatda edamların təxminən yarısının qətllərə görə olduğu bildirilib.

Sentyabr ayında Məhsa Əmininin polis nəzarətində öldürülməsindən sonra başlayan etirazlara istinad edən qruplar dörd etirazçının artıq edam edildiyini və daha 100 nəfərin "ölüm cəzası və edam" hökmləri ilə üzləşdiyini bildirib.

Edamlar və ölüm hökmləri hökumətin nümayişçilərə qarşı qəddar və çox vaxt zorakılıqla həyata keçirdiyi repressiyaların bir hissəsidir.

Qanunvericilər 1979-cu il İslam İnqilabından bəri ölkə rəhbərliyinə qarşı ən böyük problemə çevrilən etirazları yatırmaq üçün sərt cəzaların tətbiqini tələb edib.

XS
SM
MD
LG