Accessibility links

Sudandan 26 Azərbaycan vətəndaşı təxliyə olunur


Azərbaycan Xarici İşlər Nazirliyi (foto mənbə:VOA)
Azərbaycan Xarici İşlər Nazirliyi (foto mənbə:VOA)

Azərbaycan Respublikası Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan 26 Azərbaycan vətəndaşını təxliyə edib.

AzərbaycanXarici İşlər Nazirliyinin məlumatına görə, hazırda Sudan Respublikasında yerləri müəyyənləşdirilmiş 26 nəfər Azərbaycan Respublikası vətəndaşının Türkiyə Respublikasının dəstəyi ilə üçüncü ölkə vasitəsilə təxliyəsi həyata keçirilir.

"Həmçinin təxliyə edilən vətəndaşlarımızdan etibarlı səyahət sənədləri olmayanların ölkəmizin aidiyyəti diplomatik nümayəndəlikləri vasitəsilə sənədləşdirilməsi işi təmin olunacaq. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməməyi, ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları, habelə vətəndaşlarımıza bu ölkəyə səyahətdən çəkinmələrini tövsiyə edir" , məlumatda deyilir.

Məlumatda, həmçinin Sudanda yaşayan Azərbaycan vətəndaşlarının təxliyə və ya hər hansı çətinliklə bağlı Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunduğu qeyd edilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə son bir həftədir davam edən qanlı döyüşlər nəticəsində indiyədək 400-dən çox insan həyatını itirib.

Xarici ölkələr vətəndaşlarını repatriasiya etməyə çalışır.

XS
SM
MD
LG