Accessibility links

Ölkələr diplomatlar və vətəndaşlarını Sudandan təxliyə etməyə tələsir


Şimal-Şərqi Afrika ölkəsinin paytaxtında iki rəqib qrup arasında döyüşlər davam etdiyi zaman ölkələr Sudanın paytaxtı Xartumdan diplomatlarını və vətəndaşlarını təxliyə etməyə tələsir.

Kanada, Misir, Fransa, Almaniya, İtaliya, İsveç və ABŞ vətəndaşlarını Sudandan çıxarmaq üçün təyyarə və konvoylardan istifadə edən ölkələr arasındadır.

İndiyədək 420-dən çox insan həlak olub, minlərlə insan yaralanıb.

Sudan vətəndaşları elektrik enerjisinin və internet xidmətinin olmadığı bir şəraitdə özlərini qorumağa çalışır.

Bəzi sudanlılar qaçmaq üçün avtomobil və avtobuslarla təhlükəli yollara çıxmaq qərarına gəlib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri bazar günü Sudana fəlakətlərə yardım üzrə ekspertlər qrupu göndərdiyini bəyan edib. USAID-in rəhbəri Samanta Pauer bildirib ki, komanda əvvəlcə Keniyadan fəaliyyət göstərəcək.

Pauer deyib ki,"Birləşmiş Ştatlar döyüşən qruplar arasında tələyə düşmüş Sudan xalqına yardımı artırmaq üçün səfərbər olub" . Onun sözlərinə görə, Fəlakətlərə Yardım Qrupu və ya DART "prioritet ehtiyacları müəyyən etmək və həyat əhəmiyyətli humanitar yardıma ən çox ehtiyacı olanlara təhlükəsiz şəkildə çatdırmaq üçün beynəlxalq ictimaiyyət və beynəlxalq tərəfdaşlarımızla işləyəcək".

Darfurda da qruplaşmalar arasında döyüşlər başlayıb.

"Bütün bu iztirablar onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırır. Sudan əhalisinin üçdə birinin, təxminən 16 milyon insanın bu zorakılıq baş verməzdən əvvəl də əsas ehtiyaclarını ödəmək üçün humanitar yardıma ehtiyacı var idi" - deyə, Pauer bildirib.

XS
SM
MD
LG