Accessibility links

Azərbaycanın itkin düşən hərbçilərinin Ermənistanda olduğu bildirilir


Azərbaycan itkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundov ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.

"Əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub" , məlumatda qeyd edilir.

Ermənistanın baş naziri Nikol Paşinyan itkin düşmüş Azərbaycan hərbçilərinin Ermənistanda olduğunu təsdiq edib.

Baş nazir aprelin 12-də parlamentdə çıxışında deyib ki, görünən odur ki, Azərbaycan ordusunun əsgəri həmkarı ilə birlikdə "digər həmkarları tərəfindən alçaldıldığı üçün sadəcə qaçıb".

"Onun Azərbaycana qayıtmaq istəməsi fakt deyil. Beynəlxalq öhdəliklərimizə görə, belə vəziyyətdə olan şəxs geri qayıtmaq istəmirsə, biz onu zorla geri qaytara bilmərik. Bizdə olan məlumata görə, hələ də axtarışda olan ikinci hərbçi sərhədi keçdikdən az sonra sərhəd kəndlərindən birində peşman olduğunu və qayıtmaq istədiyini bildirib. Bu kontekstdə əsgərlərin sərhədi bu qədər rahat keçərək müəyyən yerlərə necə çatması ilə bağlı çoxlu müzakirələr gedir. Təbii ki, bu hal ayrı-ayrılıqda araşdırılmalı və nəticə çıxarılmalıdır, lakin mən martın ortalarında Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun itməsi və onun harada olduğu bilinməyən hadisəni xatırlatmaq istəyirəm. Onun azdığını və sərhədi keçdiyini bilirdik. Sonra geri döndü" , Paşinyan bildirib.

XS
SM
MD
LG