ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Braun (General CQBrown, Jr) Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovla görüşüb.
Bu barədə aprelin 10-da ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Twitter hesabında məlumat verib.
"İkitərəfli müdafiə əlaqələrimiz, regional sülh və sabitliyin qorunması ilə bağlı məhsuldar müzakirələr apardıq", o bildirib.
Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.
Eyni zamanda ABŞ-ın Azərbaycandakı səfiriliyi də məlumat yayıb.
Məlumatda deyilir ki, aprelin 10-da ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Çarls Braun və Hərbi Hava Qüvvələri katibinin beynəlxalq məsələlər üzrə köməkçisi general-mayor Culian C. Çiter(Julian C. Cheater) Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovla Pentaqonda görüşüb.
Görüşdə yüksək rütbəli liderlər regional təhlükəsizlik məsələlərini və ikitərəfli əlaqələr müzakirə edib.