Accessibility links

ABŞ İranla gərginlik fonunda Yaxın Şərqə idarə olunan raketli sualtı qayıq yerləşdirir


54-ə qədər Tomahavk  tipli raket daşıya bilən idarəolunan raketli sualtı qayıq. 7 aprel, 2023.
54-ə qədər Tomahavk  tipli raket daşıya bilən idarəolunan raketli sualtı qayıq. 7 aprel, 2023.

ABŞ Dəniz Donanması Yaxın Şərqə 154-ə qədər Tomahavk tipli raket daşıya bilən idarəolunan raketli sualtı qayıq yerləşdirib. Bu barədə şənbə günü sözçü məlumat verib. Bu, bu yaxınlarda gərginliklərdən sonra İrana qarşı güc göstərişi olaraq görülür.

Donanma nadir hallarda yeraltı qayıqların yerlərini və ya hara göndərildiyini açıqlayır. Körfəz ölkəsi Bəhreyndə qərargahlanan 5-ci Donanmanın sözçüsü Timoti Hokins sualtı qayığın missiyası və ya yerləşdirilməsinin səbəbi haqqında şərh verməkdən imtina edib.

O deyib ki, ABŞ-ın Corciya ştatının Kings Bay bazasında yerləşən nüvə enerjisi ilə işləyən sualtı qayığı cümə günü Süveyş kanalından keçib. “O, 154-ə qədər Tomahavk tipli qurudan hücum edən qanadlı raketləri daşımağa qadirdir və regionda dəniz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün ABŞ-ın 5-ci Donanmasında yerləşdirilib,” Hokins deyib.

5-ci Donanma bütün neft tranzitinin 20%-nin keçdiyi Fars körfəzində Hörmüz boğazında patrul edir. Onun bölgəsinə Yəmən yaxınlığındakı Bab əl-Məndeb boğazı, Qırmızı dəniz və Yaxın Şərqi Aralıq dənizi ilə birləşdirən Süveyş kanalına qədər uzanan ərazi daxildir.

ABŞ, Birləşmiş Krallıq və İsrail İranı son illərdə neft tankerləri və kommersiya gəmilərini hədəfə almaqda günahlandırıb. Tehran isə bu iddiaları təkzib edir. ABŞ Hərbi Donanması də İran qüvvələri ilə dənizdə bir sıra gərgin toqquşmalar barədə məlumat verib və onların ehtiyatsız şəkildə aqressiv olduqlarını bildirib.

ABŞ ötən ay Suriyanın şimal-şərqində ABŞ podratçısının ölümü və yeddi başqa amerikalının ölümü ilə nəticələnən raket hücumundan sonra Suriyada İranın dəstəklədiyi qüvvələrə qarşı hava hücumları həyata keçirib.

Gəmilər və ya sualtı qayıqlardan atılan Tomahavk tipli qanadlı raketlər 2500 kilometrə qədər uzaqda yerləşən hədəfləri vura bilər. Onlardan 2003-cü ildə ABŞ-ın başçılığı ilə İraqa hərbi müdaxilə zamanı və 2018-ci ildə Suriyada kimyəvi silah hücumuna cavabda istifadə olunub.

Ötən il Bayden administrasiyasının razılığı bərpa etmək səyləri dalana dirəndi. İranın Ukraynadakı Rusiya qüvvələrini hücum dronları ilə təmin etməsi ilə gərginlik daha da artıb

Tehran Moskvaya yaxınlaşmaqla yanaşı, ötən ay İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələri bərpa etmək üçün razılaşma əldə edən Çinlə münasibətləri yaxşılaşdırmağa çalışıb.

XS
SM
MD
LG