Accessibility links

Məmməd Talıblı: Azərbaycanda bank kapitalının 65 faizi 3 bankın payına düşür 


Məmməd Talıblı
Məmməd Talıblı

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı “merikanın Səsinə müsahibəsində Azərbaycanda maliyyə sabitliyi və maliyyə-bank sektorunda durumdan danışıb.

Amerikanın Səsi: Mərkəzi Bank maliyyə sabitliyi haqqında hesabat yayıb. Bu sənədi necə qiymətləndirirsiniz? Ölkədə maliyyə sabitliyi varmı?

8 il ərzində ümümdaxili məhsulun həcm baxımından 4 faiz böyüməsi əslində böyük bir iqtisadi göstərici deyil.

Məmməd Talıblı: Mərkəzi Bankın maliyyə hesabatı özlüyündə bir neçə əlamətinə görə fərqlənir. Burada əsasən ilk makroiqtisadi giriş hissəsində Mərkəzi Bank xüsusi olaraq qeyd edir ki, dünyada qlobal baxımdan həm geosiyasi, həm geoiqtisadi risklər və təlatümlər olmasına baxmayaraq, bunun ölkə iqtisadiyyatı üçün mənfi işarəli təsirləri olmayıb. Amma, nəzərə almaq lazımdır ki, bu il ərzində əvvəlki illərlə müqayisədə Azərbaycanın neft hasilatının da aşağı düşməsinə baxmayaraq neftin qiyməti durmadan artıb. Bu həm də ümümdaxili məhsulun həcm baxımdan genişlənməsinə mühüm töhfə verir. Digər tərəfdən hesabatda qeyd olunur ki, ölkədə real ümumdaxili məhsulun həcmi 4,6 faiz böyüyüb. Yəni bu o deməkdir ki, əslində iqtisadiyyat əvvəlki illə müqayisədə həcm baxımından böyüyübdür. Burada xüsusi olaraq qeyd olunur ki, nəticədə 134 milyard manat nominal ümumdaxili məhsul istehsal olunub. Burada formal bir təəssürat ondan ibarətdir ki, əslində ümumdaxili məhsulumuz nominal baxımdam böyüyüb. Burada bir peşəkar nöqteyi nəzərdən yanaşma olmalıdır. Nominal ümümdaxili məhsulun böyüməsi dollarla ekvivalent səviyyəsində nə qədər olub? Biz həmin 134 milyard manatı dollara konvertasiya edəndə məlum olur ki, söhbət 78,2 milyardlıq ümumdaxili məhsuldan gedir. 2014-cü illə müqayisə aparanda görürük ki, Azərbaycanın ən yüksək ümüdaxili məhsusulu 2014-cü ildə olub və təxminiən 75,2 milyard dollar səviyyəsində olub. 75 milyard dollar və 78 milyard dollar. Burada ümumdaxili məhsul həcm baxımdan təxminən 4 faiz genişlənib. Amma biz nəzərə almalıyıq ki, 8 il ərzində ümümdaxili məhsulun həcm baxımından 4 faiz böyüməsi əslində böyük bir iqtisadi göstərici deyil.

Amerikanın Səsi: Son dövrlər rəsmi çıxışlarda qeyri-neft sektorunda ciddi artımın olduğu bildirilir. Siz necə hesab edirsiniz? Neft sektoru ilə müqayisədə nisbət necədir?

Amerikanın Səsi: Son dövrlər rəsmi çıxışlarda qeyri-neft sektorunda ciddi artımın olduğu bildirilir. Siz necə hesab edirsiniz? Neft sektoru ilə müqayisədə nisbət necədir?

Ümumdaxili məhsulda qeyri-neft sektorunun əsas drayveri kimi tikinti sektoru gəlir.

Məmməd Talıblı: Həmin maliyyə hesabatında qeyd olunur ki, ölkədə neft və qaz sektorunda 2,7 faiz kiçilmə olub. Qeyri-neft sektorunda isə 9,1 faiz böyümə olub. Nəticə etibarı ilə ümümdaxili məhsulda il ərzində nə qədər məhsul istehsal olunub, xidmət göstərilibsə bunun 52 faizi qeyri-neft sektoruna aid olub. Burada yenə formal bir təəssurat nədən ibarət olub? Uzun müddət Azərbaycanda ümumdaxili məhsulda neft sektoru dominant aparıcı gücə sahib olandan sonra (həmin illərdə yeri düşmüşkən 60 və 70 faiz səviyyəsində olub), indi biz baxırıq ki, qeyri-neft sektoru ümümdaxili məhsulda 52 faizə yaxınlaşıb. Burada formal təəssürat budur ki, əslində neft və qaz sektoru ümumdaxili məhsulda öz yerini qeyri-neft sektoruna verməkdədir. Amma, bu bir qədər deletant yanaşma olar. Profesional yanaşma budur ki, biz baxmalıyıq ki, qeyri-neft sektorunun inkişafının kökündə duran faktorlar nədən ibarətdir. Biz baxırıq ki, ümumdaxili məhsulda qeyri-neft sektorunun əsas drayveri kimi tikinti sektoru gəlir. İşğaldan azad olunmuş bölgələrdə tikinti-quraşdırma, infrastrukturun yenilənməsi işlərinin aparılması, nəticə etibarı ilə dövlət büdcəsindən, büdcədənkənar vəsaitlər daha çox tikinti-quruculuq işlərinə sərf olunub. Nəticə etibarı ilə ölkədə qeyri-neft sektorunun əsas drayveri olan tikinti sektorunda bir yüksəliş hiss olunur. Bu da qeyri-neft sektorunun payına yazılır. Amma, əslində turizmi, digər xidmət sektorunda, İKT sektorunda, kənd təsərrüfatı da qeyri-neft sektorun istiqaməti olmasına baxmayaraq, ümumiyyətlə ümumdaxili məhsulda qeyri-neft sektorunun parlaq vəziyyətini görə bilmirik.

Amerikanın Səsi: Ağır sənaye, ağır sənayenin A qolu, B qolu sahəsində inkişaf varmı?

Məmməd Talıblı: Təbii ki, bunlar qeyri-neft sektorununn 52 faiz böyüməsində özünü göstərir. Qeyd etdiyim kimi burada əsas nüans məhz tikinti sektorunun daha da genişlənməsi ilə bağlıdır. Bu da ümumdaxili məhsulda böyük fərq kimi qiymətləndirilir.

Amerikanın Səsi: Mərkəzi Bankın hesabatına görə, Azərbaycanda bir neçə bankın bazar payı sürətlə artmaqdadır. Bu hansı banklardır? Maliyyə-bank sektorunda rəqabət mühitini necə qiymətləndirirsiniz?

Ölkədəki depozitlərin cəmi 70 faizi məhz həmin 3 bankın üzərinə düşür. Ölkədə kredit portfelinin 48 faizi həmin o 3 bankla bağlıdır.

Məmməd Talıblı: Mərkəzi Bankın hesabatında qeyd olunur ki, ümumiyyətlə bank sektorunda ciddi olaraq bir təmərküzləşmə tendensiyası hiss olunur. Bu özünü nədə ifadə edir? Bilirsiniz ki, ölkədə 25 bank var. Bunun ikisi dövlət bankıdır. Yerdə qalan 23 bankın içərisində isə xüsusi olkaraq 3 bank vardır ki, bunların bazar payı durmadan artır. 2019-cu illə müqayisədə ölkədə bank sektorunda, xüsusilə də bank kapitalının 65 faizi həmin o 3 bankın payına düşür. Ölkədəki depozitlərin cəmi 70 faizi məhz həmin 3 bankın üzərinə düşür. Ölkədə kredit portfelinin 48 faizi həmin o 3 bankla bağlıdır. Buradan çıxardığımız nəticə budur ki, ölkədə 3 bankın bazar payı sürətlə artır. Həm depozitlər, həm kreditlər üzərində, həm bank aktivlərinin böyüməsi baxımından. Yən 3 bankın demək olar ki, dominant rolu artır. Bunun tərcüməsi budur ki, ölkədə demək olar ki, bank kapitalı bir neçə bankın əlində sürətlə cəmləşməyə doğru gedir. Bu həm də bank sektorunda bir konsolidasiyanın ciddi olaraq mənfi təsirlərinin olmasını deməyə əsas verir. Digər tərəfdən burada biz əmanətlər üzrə 70 fazi olaraq qeyd etdik. Yeri gəlmişkən burada uduzan tərəf bizim vətəndaşlar olur. Nə üçün? Çünki 3 bankın bazar payı, orada depozitlər üzrə 70 faizdirsə, əmanətçilərimizin isə ən böyük əmanət faiz dərəcəsi bir neşə bankda olub. Bu təqribən 10,5 fazi səviyyəsində götürülüb. 10-11 fazidən yuxarı əmanətləri qəbul edən banklar yoxdur. Bilirik ki, ölkədə rəsmi məlumatlara görə infliyasiyanın ortalama tempi 14 faizdir. Ərzaq inflyasiyası isə 18 faizdir. Bu baxımdan da qiymətləndirəndə milli valyutanın dəyərsizləşməsi prosesi həmin pula satın ala bildiyimiz mal və xidmətlərin də həcmində aşağı düşmə olub. Deməli pulun satınalma gücü də aşağı düşüb. Nəticədə vətəndaşlarımız, əmanətçilərimiz uduzan tərəf olur. Banklar isə udan tərəf olur. Bu həm də ondan xəbər verir ki, əmanətçilərimiz həm də bu məsələdə uduzan tərəf kimi qeyd olunur. Buradan çıxarılmış 3 bankın da təsir gücü onunla bağldır ki, ölkədə bank resursları həm də 3 bank tərfəindən təmərgüzləşmir. Bu eyni zamanda sərvətlərin və gəlirlərin sürətlə bir neçə əldə böyüməsinə, əhəmiyyətli bir hissəsinin həm də məhdudlaşmasına gətirib çıxarır. Bu da olduqca mənfi bir haldır.

Amerikanın Səsi: Bazar payı sürətlə böyüyən banklar hansılardır? Onların adlarını deyə bilərsinizmi? Səhmdarları kimlərdir?

Məmməd Talıblı: Təbii ki, burada əsas dominant rol, birmənalı olaraq Kapital Bankdan söhbət gedir. Həm də Kapital Bank “Paşa Holdinq”in əsas strukturlarından (səhmdar-98,87%) biridir. Bunlar “Kapitalbank”, “Paşabank” və “Beynəlxalq Bank”dır. Bu banklar demək olar ki, ölkənin həm kredit, həm depozit, həm də bank kapitalı baxımından əhəmiyyətli bir paya malikdirlər.

XS
SM
MD
LG