Accessibility links

Azərbaycanın maliyyə naziri Beynəlxalq Valyuta Fondunun və Dünya Bankı Qrupunun illik toplantısında iştirak etmək üçün Vaşinqtondadır


Azərbaycanın maliyyə naziri Samir Şərifov Vaşinqtonda səfərdədir (Rəsmi foto)
Azərbaycanın maliyyə naziri Samir Şərifov Vaşinqtonda səfərdədir (Rəsmi foto)

Azərbaycanın maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun illik toplantısında iştirak etmək üçün ABŞ-ın paytaxtı Vaşinqton şəhərində səfərdədir.

Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 14-də Samir Şərifov BVF və Dünya Bankı Qrupunun İllik Toplantısının Plenar iclasında iştirak edib.

BVF-nin icraçı direktoru Kristalina Georgiyeva və Dünya Bankı Qrupunun Prezidenti David Malpass dünya iqtisadiyyatının cari vəziyyəti, Rusiya-Ukrayna münaqişəsinin qlobal iqtisadiyyat qarşısında yaratdığı çağırışlar, o cümlədən yüksək inflyasiya təzyiqləri və ərzaq təhlükəsizliyi, qlobal iqtisadi inkişafın zəifləməsi və bir çox ölkələrdə borc dayanıqlığının pozulması risklərinə toxunaraq bu problemlərlə mübarizə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

Plenar iclasda həmçinin Direktorlar Şurası tərəfindən təsdiq olunmuş BVF və Dünya Bankı Qrupunun dünya iqtisadiyyatında baş verən proseslərlə bağlı birgə bəyanatı təqdim olunub.

Mətbuat xidməti bildirir ki, səfər çərçivəsində Şərifov BVF-nin İcraçı Direktorunun müavini Bo Li ilə görüşüb. Görüş zamanı Azərbaycan iqtisadiyyatının cari vəziyyəti və inkişaf perspektivləri, əsas makroiqtisadi göstəricilərin dinamikası, BVF ilə mövcud əlaqələrinin hazırki vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb.

Nazir deyib ki, fiskal dayanıqlğın təmin edilməsi üçün fiskal intizamın qorunması və neft gəlirlərindən asılılığın azaldılması hökumətin diqqət mərkəzindədir və bununla bağlı BVF ölkəsinə hərtərəfli dəstək göstərib.

Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid, büdcə şəffaflığının və hesabatlılığın gücləndirilməsi islahatlarının həyata keçirilməsindən bəhs edən nazir Şərifov Azərbaycanın Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı tərəfindən hazırlanmış sonuncu Açıq Büdcə İndeksi hesabatında 37 bal irəlilədiyini bildirib.

Azərbaycanın maliyyə naziri Samir Şərifov Vaşinqtonda səfərdədir (Rəsmi foto)
Azərbaycanın maliyyə naziri Samir Şərifov Vaşinqtonda səfərdədir (Rəsmi foto)

Öz növbəsində Bo Li dünyada iqtisadi artımın yavaşlaması, qlobal risklər barədə fikirlərini bölüşüb. O, son illərdə Azərbaycanda qeyri-neft gəlirlərinin artırılması və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri müsbət qiymətləndirib, BVF-nin bu istiqamətdə ölkəmizə lazım olan dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Şərifovun oktyabrın 15-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde ilə görüşündə Azərbaycan ilə Bank arasında mövcud əməkdaşlıq müzakirə olunub. Eyni zamanda, cari ilin sentyabrında. Byerdenin Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə qaldırılan məsələlər və verilmiş tapşırıqlara uyğun olaraq Qarabağın və Şərqi Zəngəzurun bərpasında Dünya Bankının iştirakı və tərəfdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Vaşinqtona səfəri çərçivəsində Samir Şərifov həmçinin, Azərbaycanın beynəlxalq maliyyə bazarlarında ticarət olunan istiqrazlarının investorları olan investisiya bankları və maliyyə-investisiya şirkətlərinin nümayəndələri ilə də görüşüb.

Görüşdə Azərbaycan iqtisadiyyatında hazırkı makroiqtisadi vəziyyət və inkişaf dinamikası, ölkənin uzunmüddətli inkişaf vektorunu müəyyənləşdirmək üçün qəbul edilən strategiya barədə məlumat verilib, hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən birinin azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və bərpası, həmin rayonların iqtisadiyyata yenidən reinteqrasiyası, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin həyata keçirilməsi olduğu diqqətə çatdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG