Accessibility links

Ərdəbildə şagirdlərin zəhərlənməsinə etiraz fonunda həbs edilən şəxs sərbəst buraxılıb


Pejman Müin
Pejman Müin

Ərdəbildə məktəbli qızların zəhərlənməsinə ailələrin etirazları fonunda həbs edilən Pejman Müin məhkəməsi keçirilinə qədər sərbəst buraxılıb.

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Pejman Müin məhkəmənin son qərarına qədər 50 milyon tümənlik girov müqabilində Ərdəbil həbsxanasından müvəqqəti olaraq azad edilib.

Pejman Müin fevralın 4-də Ərdəbildə qız məktəblərində şagirdlərin zəhərlənməsinə qarşı ailələrin etiraz aksiyası zamanı həbs edilmişdi.

İran Azərbaycanında qız məktəblərinə ilk zəhərlənmə halları martın 1-də Ərdəbil şəhərində baş verib.

Təxminən 3 ay əvvəl keçən ilin noyabrında Qum şəhərinin qız məktəblərində baş verən zəhərlənmə halları son həftələrdə ölkənin bir çox vilayətlərinə yayılıb.

Səhiyyə Nazirliyinin tədqiqat və texnologiya işləri üzrə müavini Yunis Pənahi İranın məktəblərində xüsusilə qız məktəblərində və bəzi universitetlərin yataqxanalarında zəhərlənmə hadisələrin "qəsdən" həyata keçirildiyini və "bəzilərinin bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istədiklərini" deyib.

İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi ölkə məktəblərində qız şagirdlərin zəhərlənməsi məsələsi ilə bağlı verdiyi açıqlamada "əvvəlki bəzi hadisələrin səbəblərini aşkara çıxardığını" iddia edib, lakin bu günə qədər bu məsələ ilə bağlı "ciddi nəticələr əldə edənə qədər" məlumat verməkdən imtina etdiyini bildirib.

İslam Respublikasının bəzi müxalifləri ölkədəki son etirazlardan sonra qız məktəblərində zəhərlənmə hallarının artmasının qızlara qarşı son etirazlarda böyük rol oynadıqlarına görə hökumətin bir növ "intiqam almaq" forması olduğunu deyirlər.

XS
SM
MD
LG