Accessibility links

Milli fəal Əkbər Əbulzadə həbsxanadan azad edilib


Güneyli fəal Əkbər Əbulzadə azad edilib
Güneyli fəal Əkbər Əbulzadə azad edilib

İran Azərbaycanının Əhər şəhərində yaşayan milli fəal həbs müddətini başa vurduqdan sonra Təbriz Mərkəzi Həbsxanasından azad edilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Bu gün fevralın 8-də milli fəalın həyat yoldaşı öz şəxsi İnstaqram səhifəsində Əbulzadənin azadlığa buraxıldığını bildirib. Əkbər Əbulzadə iyunun 7-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və daha əvvəl məhkəmə tərəfindən ona qarşı çıxarılan 10 aylıq həbs cəzasını çəkmək üçün Əhər həbsxanasına köçürülüb..

Əbulzadə iyulun 17-dən Əhər həbsxanasında məhkəmə və həbsxana rəsmilərinin onun məzuniyyət tələbi ilə razılaşmaması və məhkəmə orqanlarının ailəsinə qarşı təhqiramiz davranışlarına etiraz olaraq aclıq aksiyası keçirirməyə başlayıb. Həbsxanada aclıq aksiyasına başladıqdan sonra İyulun 20-də Əhər həbsxanasından Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Güneyli siyasi məhbus Əbulzadə 8 günlük aclıqdan sonra məhkəmə rəsmilərinin məhbusun hüquqlarını təmin etmə vədləri ilə aclığı dayandırıb.

Anti-irqçilik aksiyaları ilə əlaqədar həbs edilən Əkbər Əbulzadə 2017 ilində “sistemə qarşı təbliğat aparmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə digər milli fəallar o cümlədən İbrahim Nuri, İsrafil Fəthuallahzadə, Hamid Allahverdipur, Murtaza Şükri və Süleyman Kazımi ilə birgə həbs cəzasına məhkum edilib.

XS
SM
MD
LG