Accessibility links

‘Anti-irqçilik’ aksiyaları ilə əlaqədar 6 türk fəalın həbs hökmü qüvvədə saxlanılıb


Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi 2015 noyabr ayında keçirilən “anti-irqçilik” etirazlarına qatılan 6 türk fəala qarşı çıxarılan 7 ilə 10 ay həbs hökmlərini qüvvədə saxlayıb.

Bunu insan haqları pozuntularına dair məlumat yayımlayan HRA agentliyi bildirib.

Məlumata görə, Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 3-cü şöbəsinin sədri hakim Bəhlül Əlizadə ilkin məhkəmənin Əkbər Əbulzadə, İbrahim Nuri, İsrafil Fəthuallahzadə, Hamid Allahverdipur, Murtaza Şükri və Süleyman Kazımi haqqında çıxardığı hökmü eynən qüvvədə saxlayıb.

Hökmə görə, Əbulzadə və Nuri 10 ay, Fəthuallahzadə, Allahverdipur, Şükri və Kazımi isə 7 ay həbs cəzasına məhkum edilib.

İran Azərbaycanında "anti-irqçilik" aksiyaları - Noyabr 2015
İran Azərbaycanında "anti-irqçilik" aksiyaları - Noyabr 2015

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məhkəmə sənədinin surətinə istinadən 6 fəal “ölkənin intizam və təhlükəsizliyini pozmaq məqsədilə rejimə müxalif dəstələrə üzv olmaq”, “daxili təhlükəsizliyi pozmaq məqsədilə birləşmə və sözləşmə” və “ölkənin ümumi intizam və təhlükəsizliyini pozmaq məqsədilə rejimə müxalif dəstələr təşkil və idarə etmək” ittihamları ilə mühakimə olunublar.

Bu dosyenin müttəhimlərdən biri İbrahim Nuri iyul ayında keçirilən Babək Qalası yürüşü ilə əlaqədar nəzarət altına alınıb və hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

2015-ci ilin noyabr ayında İranın dövlət telekanalının uşaqlar üçün “Fitilə” adlı proqramında türklərin aşağılanması İran Azərbaycanı, Tehran və Qaşqay Eli kimi bölgələrdə geniş etirazlara səbəb olmuşdu.

XS
SM
MD
LG