Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının Müştərək İdarələrarası Mübarizə Mərkəzinin direktoru Kapitan Rey Bakıda səfərdədir.
ABŞ səfirliyinin məlumatına görə, Kapitan Rey və ABŞ səfirliyinin müdafiə məsələləri üzrə attaşesi polkovnik Kon azərbaycanlı tərəfdaşları ilə sərhəd və dəniz təhlükəsizliyi sahələrinə dəstək məqsədilə təlim və təhlükəsizlik sahələri üzrə əməkdaşlığı müzakirə ediblər.