Accessibility links

Azərbaycan Prezidentinin köməkçisi, ABŞ Prezidentinin müşaviri və Ermənistan Təhlükəsizlik Şurasının katibi görüşüb


Sentyabrın 27-də Vaşinqtonda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan arasında görüş olub.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Ceyk Sallivanın twitter səhifəsi
Ceyk Sallivanın twitter səhifəsi

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri twitter səhifəsində bildirib.

"Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanın birbaşa və konstruktiv danışıqları üçün vasitəçilik etdim. Biz növbəti zorakılıqdan qaçmağın və vaxtında məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik" , Ceyk Sallivan qeyd edib.

Sentyabrın 27-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Heritage Fondu"nda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə ABŞ-Azərbaycan tərəfdaşlğı ilə bağlı müzakirələr də aparıb.

Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.

XS
SM
MD
LG