Accessibility links

Məlikkəndi şəhərinin sakini Əkbər Yusifinin etirazlarla əlaqədar həbs edildiyi bildirilir


Məlikkəndi şəhəri sakini olan Əkbər Yusifi həbs edilib
Məlikkəndi şəhəri sakini olan Əkbər Yusifi həbs edilib

Dekabrın 20-də İslam Respublikasının təhlükəsizlik qüvvələrinin Məlikkəndi şəhərinin (Məlekan) sakini Əkbər Yusifini həbs etdiyi bildirilir.

Bölgədəki hüquq müdafiəçiləri Əkbər Yusifinin harada olması və ona qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat olmadığını bildirir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi onun yaxınlarına istinadən yazıb ki, Əkbər Yusifi həbs olunandan bəri ailəsi ilə heç bir telefon əlaqəsi olmayıb.

İran hakimiyyətinin ədliyyə və təhlükəsizlik qurumlarının etirazlarda məhbuslarla bağlı cavabdeh olmamaları bu vətəndaşların ailələrinin narahatlığına səbəb olur.

İran hökuməti etiraz edən vətəndaşları "üsyançı" adlandırır və onları müxtəlif ittihamlarla mühakimə edərək azadlıqdan məhrum edir. İranın təhlükəsizlik qurumları etirazçıları həbs etdikdən sonra onların ailələrini təhdid edərək, xarici media ilə danışmasına mane olur.

Sentyabr ayından bəri başlanan ümummilli etirazlarda çoxlu sayda vətəndaş öldürülüb, lakin İran hökuməti heç bir etirazçının ölümünə görə məsuliyyəti üzərinə götürməyib.

XS
SM
MD
LG