Accessibility links

Etirazlarda Məlikkəndidə həbs edilən şəxsin taleyindən xəbər yoxdur


Məlikkəndi şəhərinin etiraz aksiyalarında həbs edilən Mehdi Farabi
Məlikkəndi şəhərinin etiraz aksiyalarında həbs edilən Mehdi Farabi

Təhlükəsizlik qüvvələrinin nəzarətində olan Məlikkəndi (Məlekan) sakini Mehdi Farabinin durumu ilə bağlı xəbərsizlik ailəsinin və hüquq müdafiəçilərinin onun səhhəti ilə bağlı narahatlığına səbəb olub.

Aznews və HRA xəbər saytlarının yayımladığı məlumata görə, Mehdi Farabi iki həftəyə yaxındır ki, həbsdə saxlanılıb və hazırda Təbrizdə İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan kəşfiyyat qurumunun təcridxanasında saxlanıldığı bildirilir.

Bu xəbərə görə, onun ailəsi ilə telefon əlaqəsi saxlamasına icazə verilməyib və bu, səhhəti ilə bağlı narahatlığı artırıb.

Bəzi müşahidəçilər onun İİKK kəşfiyyat qurumunun təcridxanasına köçürülməsinin səbəbini kamera qarşısında etiraf etməyə məcbur etmək olduğunu təxmin edirlər.

Keçən həftələrdə Məlikkəndili bir etirazçının məcburi etiraf videosu hökumətə bağlı mediadan yayımlanmışdı.

Bundan əvvəl İnqilab Keşikçiləri Korpusuna bağlı kanallarda həbs edilmiş Maysəm Mobarhan adlı Məlikkəndi sakini olan etirazçının məcburi etirafının videosu yayımlanmışdı.

İranda Məhsa Əmini adlı gənc qadının əxlaq polisi nəzarətində ölümündən sonra baş qaldıran kütləvi etiraz aksiyları ilə yanaşı Şərqi Azərbaycan vilayətinin Məlikkəndi (Məlekan) şəhərində dəfələrə hökumətə qarşı etiraz aksiyaları keçirilib. Əslən Məlikkəndili olan Aylar Həqqinin Təbriz etirazlarında təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsindən sonra da həmin şəhərdə etirazlar və tətillər keçirilib. Bu etirazlar zamanı onlarla etirazçının həbs edildiyi bildirilir.

XS
SM
MD
LG