Accessibility links

Təbrizli cütlük 2 il müddətinə həbsə məhkum edilib


Nəyyir Sənəndəciyan Hökabadi və Mehrdad Əlayi
Nəyyir Sənəndəciyan Hökabadi və Mehrdad Əlayi

Təbrizin mərkəzi həbsxanasında saxlanılan azərbaycanlı fəal olan cütlük iki il müddətinə azadlıqdan məhrum edilib və onların iki il ölkədən çıxışına qadağa qoyulub.

Bölgədəki hüquq müdafiəçilərinin bildirdiyinə görə, oktyabrın 8-də Təbriz şəhərində keçirilən etiraz aksiyaları zamanı həbs edilən Nəyyir Sənəndəciyan Hökmabadi və Mehrdad Əlayi hər biri 2 il həbs cəzasına məhkum edilib və onların 2 il ölkədən çıxışına qadağa qoyulub.

HRA xəbər agentliyi onların məhkəmə tərəfindən "qanunsuz mitinqdə iştirak edərək, ölkənin təhlükəsizliyinə zidd hərəkət etmək" ittihamı əsasında təqsirli bilindiyini bildirib.

Nəyyir Sənəndəciyan Hökmabadi və Mehrdad Əlayi həbsdə olarkən vəkillə əlaqə saxlamaq hüququndan məhrum edilib.

Hazırda onlar Təbriz Mərkəzi Həbsxanasında saxlanılır və məhkəmə və həbsxana rəsmiləri onların müvəqqəti azadlığa buraxılmaları üçün mülki girov qəbul etməkdən imtina edir.

Yayımlanan məlumata görə, Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 32-ci şöbəsi də ilkin məhkəmənin qərarını təsdiqləyib.

Son aylarda İranda və İran Azərbaycanında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən bir çox etirazçı vətəndaş nəzarətdə saxlanıdığı zaman vəkillə əlaqə saxlamaq və müvəqqəti azadlıq hüququndan məhrum edilib.

Bölgədəki müşahidəçilərin və hüquq müdafiəçilərinin bildirdiyinə görə, ölkədə davam edən etirazlarda həbs olunanların çoxu ilə bağlı xəbərlər İslam Respublikasının təhlükəsizlik qurumlarının ailələrə basqıları və hədələri nəticəsində mediada əks etdirilmir.

XS
SM
MD
LG