Accessibility links

İran Azərbaycanında Azərbaycan Milli Hökumətinin qurulmasının 77-ci ildönümüdür


Azərbaycan Demokrat Firqəsinin liderləri və üzvləri (Seyyid Cəfər Pişəvəri şəkilin ortasında, mənbə VOA)
Azərbaycan Demokrat Firqəsinin liderləri və üzvləri (Seyyid Cəfər Pişəvəri şəkilin ortasında, mənbə VOA)

Dekabrın 12-də İran Azərbaycanında Azərbaycan Milli Hökumətinin qurulmasının 77-ci ildönümdür.

1945-ci il dekabrın 12-də (21 azər) İran Azərbaycanın Təbriz şəhərində Azərbaycan Milli Hökuməti elan edilib.

Belə ki, İkinci Dünya müharibəsindən sonra İran Azərbaycanında başlayan milli azadlıq hərəkatı 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökumətin qurulması ilə başa çatıb. Bu hadisə tarixə 21 Azər hərəkatı kimi daxil olub.

Yeni yaranan Milli Hökümət İranda Azərbaycan milli muxtariyyət hüququnu tanıyan bir quruluş kimi fəaliyyətə başlasa da, daha sonra hədəflərini genişləndirərək müstəqillik siyasəti yürüdüb. Yeni hökumət Azərbaycan dilinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblərin açılması, milli teatr və mili filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və klinikaları, sosial proqramlar, Milli Ordunun yaradılması, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması və digər bu kimi qərarlar qəbul edib.

21 Azər hərəkatı 1946-cı ilin dekabrında İran Ordusu tərəfindən iflasa uğradılıb. Tarixi məlumatlara görə, Milli hökuimətin çoxsaylı qurucuları və on minlərlə tərəfdarı həbs edilib və ya qətlə yetirlib.

Azərbaycan Milli hökumətinin qurucularından Seyid Cəfər Pişəvəri başda olmaqla bir çox üzvləri o vaxtkı Sovet Azərbaycanına gəlib. Pişəvəri 1947-ci il iyulun 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə avtomobil qəzasında həlak olub.

Hökumətin baş prokuroru Firudin İbrahim Təbrizdə edam olunub, maarif naziri Məhəmməd Biriya sovet rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılıb. Milli Hökumətin digər qurucuları da həbs və sürgünlərə göndərilib, ağır mühacirət həyatı yaşamağa məcbur olub.

XS
SM
MD
LG