İran Azərbaycanının Urmiyə şəhərində İslam Respublikasına qarşı etirazlar zamanı həbs edilən türk fəal Daud Kabali Urmiyə həbsxanasında aclıq aksiyasına başlayıb.
Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Kabali həbsxanada məhkəmə işinin qeyri-müəyyən vəziyyətinin davam etməsinə etiraz olaraq, noyabrın 26-dan aclıq aksiyası keçirir.
Hazırda o, aclıq aksiyasının beşinci günündədir və həbsxana və məhkəmə rəsmiləri hələ də, onun müvəqqəti azadlığa buraxılması üçün heç bir tədbir görməyib.
Kütləvi etirazlar zamanı həbs edilən bu vətəndaşa qarşı irəli sürülən ittihamlarla bağlı məlumat yoxdur.
HRA xəbər agentliyi daha əvvəl onun oktyabrın 26-da Urmiyə şəhərində bu şəhərin Ostadan küçəsində keçirilən etiraz aksiyaları zamanı həbs edildiyi barədə məlumat vermişdi.
Urmiyə şəhərinin sakini azərbaycanlı milli fəal Davud Kabali bir aydan artıqdır ki, Urmiyə Mərkəzi Həbsxanasında ona ittihamları və məhkəmə proesi barədə hərhansı məlumat verilmədən qeyri-müəyyən vəziyyətdə saxlanılır. hələ ki, məhkəmə onun müvəqqəti azadlığa buraxılması və mülki girov məbləğinin təyin edilməsi üçün qərar qəbul etməyib.
Yayılan xəbərlərə görə, o, qohumları ilə telefon əlaqəsindən məhrum edilib və bir ay ərzində ailəsi ilə əlaqə saxlamağa icazə verilməyib.