Accessibility links

Xoy şəhərində baş verən etirazlarla əlaqədar bir çox vətəndaş həbs edilib


Xoyda saxlanılan vətəndaşlar
Xoyda saxlanılan vətəndaşlar

İranda 2 aydan artıqdır davam etməkdə olan geniş etirazlar fonunda noyabr ayının 17 və 18-də İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində etiraz aksiyaları keçirilib.

Sosial şəbəkələrdə Xoydakı aksiyalardan paylaşılan videolarda yüzlərlə etirazçının “Azadlıq, ədalət, milli hökümət” və “siyasi məhbuslara azadlıq” kimi şüarları səsləndirdikləri görünür. Başqa bir videoda isə etirazçılar “durub baxan, be-qeyret (qeyrət)” deyə səslənirlər. Videoların noyabr ayının 18-də çəkildiyi bildirilib.

Yayılan xəbərlərə görə, etirazçılar polis qüvvələrinin bölgəyə gəlməsinə rəğmən aksiyanı davam etdiriblər.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, keçən günlərdə Xoy şəhərində baş verən etirazlar ilə əlaqədar bir çox vətəndaş nəzarət altına alınıb.

Saxlanılanlardan Cavad Fəthli, Mehdi Mollaməhəmmədi, Məhəmməd Əhmədpur və Əmirhüseyn Əlizadənin adları yayılıb.

Xoyda nəzarət altına alınanların haraya aparıldığına dair məlumat yayılmayıb.

XS
SM
MD
LG