Accessibility links

Zelenski Xersonda qələbəni `tarixi` adlandırıb, sayıqlıq göstərmək barədə xəbərdarlıq edib


A Ukrainian serviceman writes on a Ukrainian national flag, an apparent keepsake for local residents, as people celebrate after Russia's retreat from Kherson city, in downtown Kherson, Ukraine Nov. 12, 2022.
A Ukrainian serviceman writes on a Ukrainian national flag, an apparent keepsake for local residents, as people celebrate after Russia's retreat from Kherson city, in downtown Kherson, Ukraine Nov. 12, 2022.

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü Xersonda Ukrayna qüvvələrinin qələbəsini tarixi adlandıraraq alqışlayıb.

Zelenski gecə saatlarında video müraciətində müdafiə qüvvələrinin Xerson vilayətində 60-dan çox yaşayış məntəqəsinə nəzarəti bərpa etdiyini bildirib və və söz verib ki, Ukrayna qüvvələri “bütün torpaqlarımızı işğalçılardan azad edəcək”.

Lakin Ukrayna prezidenti eyni zamanda sayıqlıq göstərmək barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, insanlar Xersonda qələbəni təntənə etdiyi vaxt şərqdə, Donetsk vilayətində hər gün şiddətli döyüşlər gedir.

“Ora cəhənnəmdir,” o deyib.

Volodimir Zelenski bildirib ki, Rusiya qüvvələri geri çəkilməzdən əvvəl Xersonda kommunikasiya, su təchizatı, istilik və elektrik stansiyaları da daxil olmaqla mülki infrastrukturu dağıdıb. O həmçinin Xerson sakinlərinə xəbərdarlıq edib ki, geri çəkilən Rusiya əsgərləri ərazini minalayıblar.

“Artıq 2000-ə yaxın partlayıcı maddə ərazidən çıxarılıb, lakin hələ çox işlər görülməlidir” o qeyd edib.

“Onlar hər yerdə eyni məqsəd güdürlər: insanları mümkün qədər aşağılamaq. Amma biz hər şeyi bərpa edəcəyik, mənə inanın,” Zelenski bildirib.

Ağ Ev şənbə günü Ukraynanın Xerson şəhərini Rusiyadan azad etməsini “fövqəladə qələbə” kimi alqışlayıb.

“Belə görünür, ukraynalılar Xersonda fövqəladə qələbə qazanıblar, burada Rusiyanın bu müharibədə ələ keçirdiyi yeganə regional paytaxt yenidən Ukrayna bayrağı altındadır və bu, olduqca diqqətəlayiqdir,” ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan şənbə günü prezident Co Baydeni Kambocada keçirilən ASEAN sammitində müşayiət edən. zaman müxbirlərə bildirib.

ABŞ dövlət katibi Antoni Blinken şənbə günü Pnompendə keçirilən ASEAN sammiti çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Blinken Kuleba ilə ABŞ-ın Ukraynaya sürətləndirilmiş humanitar yardım göstəriləməsi ilə bağlı bağlı sarsılmaz öhdəliyini və Rusiyanın mühüm infrastruktura davam edən hücumlarının vurduğu zərəri azaltmaq üçün qışa hazırlıq səylərini müzakirə edib.

XS
SM
MD
LG