Accessibility links

Rusiyanın müdafiə naziri qoşunlarının Xerson vilayətinin Dnepr çayının sağ sahilindən çıxarma əmrini verib


Rusiyanın müdafiə naziri Sergey Şoyqu
Rusiyanın müdafiə naziri Sergey Şoyqu

Rusiyanın Ukraynadakı Birləşmiş Qoşunlar Qrupunun komandanı general Sergey Surovikin Rusiyanın müdafiə naziri Sergey Şoyquya qoşunları Xerson vilayətinin Dnepr çayının sağ sahilindən çıxarmağı, müdafiə üçün "sol sahili boyunca yerləşdirməyi" təklif edib. Əslində bu, Dnepr çayının sağ sahilində yerləşən Xersonun təslim olması deməkdir.

"Mən başa düşürəm ki, bu, çox çətin qərardır. Eyni zamanda, biz hərbçilərimizin həyatını və qoşunların döyüş qabiliyyətini qoruyacağıq. Onları sağ sahildə saxlamaq əbəsdir" - deyə, Surovikin bildirib.

Şoyqu bu təkliflərlə razılaşdığını bildirib. "Bizim üçün Rusiya hərbçilərinin həyatı və sağlamlığı hər zaman prioritet məsələdir. Biz mülki əhali üçün təhlükəni də nəzərə almalıyıq. Qoşunların çıxarılmasına davam edin. Dnepr çayı boyunca texnika, silah və şəxsi heyətnin təhlükəsiz köçürülməsi üçün bütün tədbirləri həyata keçirin" Şöyqu göstəriş verib.

Xerson Vilayət Şurasının deputatı Sergey Xlan Bundan əvvəl bildirmişdi ki, "rusların faktiki olaraq Xerson istiqamətində bütün cəbhə xətti çökməyə və onlar kütləvi şəkildə geri çəkilməyə başlayıb".

"İşğalçılar Berislav istiqamətində bir sıra yaşayış məntəqələrindən qaçıb. Yəni, hazırda orada heç bir işğalçı yoxdur. Ruslar kütləvi şəkildə geri çəkilir. Lakin geri çəkildikcə körpüləri partlatırlar" deyə, o bildirib.

Xerson Rusiya qoşunları tərəfindən martın əvvəlində işğal edilib. Ora Ukraynanın yeganə regional mərkəzidir ki, Rusiya tammiqyaslı işğalı zamanı ələ keçirə bilib.

Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Rusiyanın işğalçı hökuməti oktyabrın ikinci yarısında Xerson vilayətinin bəzi rayonlarının sakinlərini zorla çıxarmağa başlayıb. Surovikin daha sonra rus ordusunun "çətin qərarların qəbulunu istisna etmədən şüurlu şəkildə, vaxtında hərəkətə keçəcəyini" deyib.

XS
SM
MD
LG