Accessibility links

ABŞ Ukraynanın Xersondakı “qeyri-adi qələbəsini” alqışlayır


Yerli sakinlər Rusiyanın Xerson şəhərindən geri çəkilməsi münasibətilə bayram edir. 12 noyabr, 2022.
Yerli sakinlər Rusiyanın Xerson şəhərindən geri çəkilməsi münasibətilə bayram edir. 12 noyabr, 2022.

Ağ Ev Ukraynanın Xerson şəhərini Rusiya qüvvələrindən azad etməsini “qeyri-adi qələbə” kimi qiymətləndirib.

Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivan şənbə günü deyib ki, “Belə görünür ukraynalılar Xeronda qeyri-adi qələbə qazanıblar ki, Rusiyanın bu müharibədə ələ keçirdiyi bir bölgə paytaxtı yenidən Ukrayna bayrağı altındadır – və bu da olduqca əlamətdar bir şeydir.” Sallivan bu barədə Prezident Co Baydeni ASEAN sammiti üçün Kambocaya müşayiət edərkən deyib.

Onun sözləri Ukrayna Prezidenti Volodimir Zelenskini Telegram kanalındakı video mesajında Xersonu “bizim” elan etməsindən sonra söyləyib.

ABŞ Dövlət katibi Antoni Blinken şənbə günü Pnompendə ASEAN sammiti çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb. Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Blinken Kuleba ilə Birləşmiş Ştatların Ukraynaya sürətləndirilmiş humanitar yardım və Rusiyanın kritik infrastruktura davamlı hücumlarının vurduğu ziyanı azaltmaq üçün qışa hazırlıq səyləri vasitəsilə kömək etmək öhdəliyi sarsılmazdır.

ABŞ Dövlət katibi Antoni Blinken Kambocanın paytaxtı Pnompendə ASEAN sammiti çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.12 noyabr, 2022.
ABŞ Dövlət katibi Antoni Blinken Kambocanın paytaxtı Pnompendə ASEAN sammiti çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.12 noyabr, 2022.

İki rəsmi həmçinin Ukraynanın döyüş meydanında davamlı effektivliyi barədə də söhbət ediblər və Blinken bir daha vurğulayıb ki, “hər hansı danışıqların vaxtı və mahiyyəti Ukraynanın qərarı olaraq qalır.”

Blinken və Kuleba Qara Dəniz Taxıl Təşəbbüsünün noyabrın 19-da vaxtı bitmədən öncə müddətini uzatmağının və onun qlobal ərzaq təhlükəsizliyini vacibliyini vurğulayıb.

Rusiya taxıl təşəbbüsünü yeniləməkdən və Qərbin özünün ərzaq və gübrə ixracına tətbiq etdiyi sanksiyalar aradan qaldırılmadığı halda, Ukraynaya Qara dəniz limanlarından taxıl ixracına icazə verməkdən imtina edir. Ukrayna rəsmiləri Rusiyanı dünya ilə “aclıq oyunları” oynamaqda ittiham ediblər.

Britaniyanın müdafiə naziri Ben Uollas Rusiyanın Xersondan çıxmasını alqışlayan və Britaniya və beynəlxalaq ictimaiyyətin Ukraynanı dəstəkləməyə davam etdiyini elan etdiyi açıqlamasında bildirib ki, heç kəs “Rusiya Federasiyasının törətdiyi təhlükənin əhəmiyyətini kiçiltməməlidir.”

Rusiyanın Xersondan geri çəkilməsi ilə əlaqədar isə Uollas “Burda da təslim olduqdan sonra, Rusiyadakı adi insanlar mütləq özlərinə “Bunların hamısı nə üçün idi?” sualını verməlidirlər” deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG