Accessibility links

"Tərtər işi" üzrə 11 nəfərin işi prokurorluğa qaytarılıb


"Tərtər işi" üzrə həbs olunanların qohumlarını etiraz aksiyası (Arxiv foto, mənbə VOA)
"Tərtər işi" üzrə həbs olunanların qohumlarını etiraz aksiyası (Arxiv foto, mənbə VOA)

“Tərtər işi" üzrə 11 müttəhimin işi prokurorluğa qaytarılıb. Bu qərarı noyabrın 5-də Gəncə Hərbi Məhkəməsi qəbul edib.

Bu barədə vəkil Zabil Qəhrəmanov bildirib.

Yaxın günlərdə bu işin 8 fiqurantı haqqında da belə qərar qəbul ediləcəyi gözlənilir.

Sentyabrın 5-də baş prokuror Kamran Əliyev Ali Məhkəmənin Plenumuna "Tərtər işi" üzrə mühakimə edilmiş (Ermənistanın xeyrinə casusluq ittihamı ilə mühakimə olunan) 19 şəxs barəsində hökmə yenidən baxılması haqqında vəsatətlə müraciət edib.

Sentyabrın 30-da Ali Məhkəmənin Plenumu "Tərtər işi" üzrə 19 müttəhimin işini yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib.

Noyabrın 2-də Gəncə Apellyasiya Məhkəməsi işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edib.

2016-cı ilin aprel ayında baş verən döyüşlərdən sonra Azərbaycanda bir qrup hərbçi istintaqa cəlb olunub.

Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluqda təqsirli olduğunu iddia edirdilər. İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanlara kütləvi şəkildə işgəncə verildiyini 2019-cu ildə öyrənib.

Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 hərbçi uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən az 9 nəfər işgəncələr nəticəsində həyatını itirib.

Sonradan müttəhimlərin bir hissəsinə bəraət verilib, işgəncələrdə təqsirli olanlar isə həbs edilib.

Qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir. Son vaxtlar işgəncələrdə və qanunsuz istintaqda iştirakı olan zabitlər həbs edilib.

XS
SM
MD
LG