Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə müsahibəsində İrandakı etiraz hərəkatı və bunun doğuracağı nəticələrdən danışıb.
Amerikanın Səsi: İrandakı hərəkat ölkədə hansı dəyişikliklər yarada bilər?
Hakimiyyət 43 il ərizndə problemlərin heç birini həll etməyib
Sədrəddin Soltan: İrandakı hərəkat ölkədə bütün sahələr üzrə problemlərin oldğunu sübut etdi. Məlum oldu ki, ölkədə iqtisadi, siyasi, sosial, mədəni, dini və başqa sahələrdə çox böyük problemlər var və bu problemlər öz həllini gözləyir. Hakimiyyət 43 il ərizndə problemlərin heç birini həll etməyib. Ötən 20 ildə olan etiraz aksiyaları da bunu təsdiqləyir. 2006-cı ilin mayında İrandakı Azərbaycan türklərinin mədəni haqlarını müdafiə etməsi, təhqir olunmaqdan qorunması üçün keçirdikləri etiraz aksiyaları, 2009-cu ildə "Yaşıllar" hərəkatı, 2015-ci ildə, 2019-cu ildə sosial və başqa tələblərlə keçirilən etiraz aksiyaları və hazırda artıq 26-cı gündür davam edən hicab məsələsinə bağlı etiraz aksiyaları İranda dərin əsaslı, köklü problemlərin olduğunu göstərir. Bu problemlərin istənilən biri ilə İranda inqilabi şərait yarana bilər. Etirazlar sübut edir ki, 43 il ərzində mövcud olan rejim ölkədə heç bir islahat aparmayıb və ölkə vətəndaşlarını hələ də 43 il öncəki metodla idarə etməyə üstünlük verir.
Amerikanın Səsi: İnidki hərəkat islahatlara təkan verə bilərmi?
İranda islahatın olmaması bu hakimiyyətin axırını gətirər.
Sədrəddin Soltan: Fikrimcə İranda islahat olacaq. Azından hicabla bağlı islahat olacaq. Xameneyi hadisələrdən sonra ilk çıxışlarının birində vurğuladı ki, xanımlar bir sıra məclislərə yarımhicabla gedir və buna görə həmin xanımlara heç kim təzyiq göstərilmir. Bu bir növ cəmiyyətə, hakimiyyətə, əxlaq polislərinə ismarıc idi. Yəni perspektivdə bu kimi məsələlərlə bağlı insanları rahatsız etyməyin. Hesab edirəm ki, islahatlardan biri bu istiqamətdə olacaq. İranda islahatın olmaması bu hakimiyyətin axırını gətirər. Çünki islahat mütləq lazımdır. Cəmiyyət və dünya dəyişib, yeni texnologiyalar yaranıb. Etiraz aksiyalarında iştirak edənlərin yaş qrupuna nəzər yetirsək, görərik ki, çoxluğu gənclər təşkil edir. Deməli, bu insanlar inqilab dövrünü görməyiblər, yeni dövrün, yeni düşüncənin insanlarıdır. Bunlara islahatçı yeni İran lazımdır.
Amerikanın Səsi: Bu hərəkat dağıdıcı gücə çevrilə bilərmi? Yəni, İranı vətəndaş müharibəsinə, qarşıdurmalara apara bilərmi? İran elitası arasında parçalanma yarana bilərmi?
İran elitası arasında parçalanma inqilabın ilk illərindən var və bu gün də davam edir.
Sədrəddin Soltan: İran elitası arasında parçalanma inqilabın ilk illərindən var və bu gün də davam edir. Bir sıra din xadimləri, ruhanilər indiki etiraz aksiyası iştirakçılarını müdafiə edir. Məsələn, ayətullah Həmədani, ayətullah Zəncani və sair. Keçmiş prezidentlər müdafiə edir. "Yaşıllar" Hərəkatının keçmiş lideri müdafiə edir. Yəni, bu onu göstərir ki, hakimiyyət daxilində və keçmişdə hakimiyyətdə olmuş insanlar prosesi dəstəkləyir. Bu İran İnqilab Keçikçiləri Qvardiyasının, yəni güc strukturlarının, kəşfiyyatın hansı qüvvənin arxasında olacağından asılı olacaq. Parçalanma, böyük təlatümlər, dəyişikliklər ona görə baş vermir ki, hakimiyyətin arxasında İran İnqilab Keşikçiləri Qvardiyası, yəni SEPAH və onun kəşfiyyatı, hərbi qüvvələr, polis dayanır. Nə zaman ki, onların arasında ciddi parçalanma baş verəcək, o parçalanma hakmiyyətin daxilinə də sirayət edəcək.
Amerikanın Səsi: İran hərəkatı İranda yaşayan azərbaycanlıların həyatında mədəni, siyasi islahatlar baxımından hansı dəyişikliklər yarada bilər?
İranda Azərbaycan türklərinin mədəni haqlarının təmin olunması üçün çox böyük hərəkat lazımdır.
Sədrəddin Soltan: Bu proses uğurla nəticələnərsə bütövlükdə İran vətəndaşları faydalana bilər. Yəni, hicab məsələsi, hakimiyyətin sosial, iqtisadi məsələlərə diqqətini artırması, dövlətin pulunu xarici ölkələrə, məsələn Livanda Huzbullaha, Yəməndə Husilərə, Suriyada Bəşər Əsədə və sairə istiqamətlərdə xərcləməyib öz ölkəsinin vətəndaşlarına xərcləsə İranda iqtisadi yüksəliş əmələ gələr. İran hakimiyyəti atom-nüvə proqramı ilə bağlı Qərblə razılığa gələrsə İrana qarşı tətbiq olunan bir sıra sanksiyalar götürülər. Bu isə İranda sosial-iqtisadi vəziyyətin yüksəlişinə səbəb olar. Bu da təbii ki, İran vətəndaşı olan azərbaycanlıların da həyatına müsbət təsir edər. Amma İranda Azərbaycan türklərinin mədəni haqlarının təmin olunması üçün çox böyük hərəkat lazımdır. İnidki etiraz akksiyalarnda da mlilli şüarlar var.