Accessibility links

Rusiya Dumasının sədri Azərbaycanda səfərdədir


İlham Əliyev və Vyaçeslav Volodin (Rəsmi foto)
İlham Əliyev və Vyaçeslav Volodin (Rəsmi foto)

Rusiya Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, Milli Məclisdə görüşlər keçirəcək.

Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan-Rusiya münasibətləri kifayət qədər genişdir, praktiki olaraq bütün sahələri əhatə edir.

"Həm siyasi, həm iqtisadi, həm nəqliyyat, energetika və humanitar sahələrdə bütün göstəricilər göz qabağındadır, biz həqiqətən yaxşı dinamika görürük. Əsas məsələ nəticəyə hədəflənməkdir. Çünki razılığa gəldiyimiz bütün məsələlər həyata keçirilir. İqtisadi-ticari sahədə, informasiya, kommunikasiya, nəqliyyat və digər sahələrdə səkkiz yol xəritəsi razılaşdırılıb və həyata keçirilir, hər bir istiqamət üzrə qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsinin dəqiq qrafiki var və icraya nəzarət edilir".

“Həm siyasi, həm iqtisadi, həm nəqliyyat, energetika və humanitar sahələrdə bütün göstəricilər göz qabağındadır, biz həqiqətən yaxşı dinamika görürük. Əsas məsələ nəticəyə hədəflənməkdir.
İlham Əliyev, Azərbaycan Prezidenti

Prezident bildirib ki, regional təhlükəsizlik məsələləri həmişə iki ölkənin münasibətlərinin gündəliyindədir.

"Əlbəttə, bizim regionda sülh bütün ölkələr, bütün xalqlar üçün zəruridir. Bizim gündəliyimiz kifayət qədər birmənalıdır. Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq".

Rusiya Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodin bu ilin fevralında iki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamənin imzalandığını xatırladıb.

"Bu, həqiqətən strateji tərəfdaşlıq əsasında əldə edilmiş çox ciddi səviyyədir. Buna görə parlamentlərarası əlaqələri inkişaf etdirməyimiz son dərəcə vacibdir".

O, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini deyib.

"Buna görə biz kommunikasiya formatlarını, yeni yanaşmaları müzakirə edəcəyik ki, qanunvericiliyin təminatı məsələlərinin, dövlət başçıları səviyyəsində müzakirə edilən məsələlərin həllinə real töhfə verək" , o qeyd edib.

2020-ci il sentyabrın 23-də Moskvada Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş keçirilib. O, daha əvvəl 2018-ci il iyunun 24-25-də Azərbaycanda rəsmi səfərdə olub.

XS
SM
MD
LG